Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şabranda yeniyetməni zorlayan üç nəfər saxlanıldı

Şabranda yeniyetmə oğlanı zorlamaqda ittiham edilən üç nəfər saxlanılıb

PİA.az bildirir ki, bu barədə Oxu.Az-a Şabran Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, 15 yaşlı yeniyetmə (ad və soyad etik səbəblərdən açıqlanmır) həmyaşıdları və özündən yaşca böyük şəxslər tərəfindən seksual təcavüzə məruz qalıb.

Məhkəmə-tibbi ekspertizası yeniyetmənin mütəmadi cinsi əlaqədə olması faktını təsdiqləyib, onun bədənində cinayətin xarakterik izləri aşkarlanıb.

Bu səbəbdən cari ilin martın 19-da 150.2.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi açılıb.

Zərərçəkən tərəf bildirib ki, cinayətdə 17 nəfər iştirak edib. Lakin Şabran RPİ-dən qeyd ediblər ki, hazırda iş üzrə yalnız üç nəfər saxlanılıb. Digər şəxslərin bu cinayətdə iştirakı təsdiqlənməyib.

Qeyd edək ki, yetkinlik yaşına çatmayanlar 14 yaşından etibarən və yalnız ağır cinayət törətdikdə cinayət məsuliyyətinə cəlb olunurlar.

Mövcud Cinayət Məcəlləsinin 160.2.3-cü maddəsinə görə beş ildən səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Polisdən qeyd ediblər ki, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

pia.az


Etiket: Şabran hadisə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar