Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şabran “41-45-ci illəri xatırladır” - Fotolar

Şabranın Füzuli küçəsinin sakinləri küçələrinin həddindən artıq bərbad olmasından şikayət edirlər

Şikayətdə bildirilir ki, hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul köçürülsə də, illərdir nə köhnə icra başçıların, nə də indiki başçı Novruz Novruzovun bu yola asfalt çəkdirmək yadına düşməyib:

“Ümumiyyətlə Şabran şəhərinin Heydər Əliyev prospektinin cüzi bir hissəsini saymasaq, rayonun bütün küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir. “Stansiya”ya - Şabran Dəmiryolu vağzalına yaxın Füzuli və Nizami küçələri adama daha çox 1941-1945-ci illər müharibəsindən sonrakı ilk illərə xas kimsəsiz, boz və yeknəsaq mənzərələri xatırladır. Bu baxımdan müharibədən kino çəkmək istəyən kinostudiya təbii fon üçün heç bir qəpik də xərc çəkmək istəmirsə, tam uğurla Şabranın bu hissəsini seçə bilər. Nizami küçəsində baxımsız, atılmış, köhnədən qalma, xarabalığı xatırladan dağılmış tikililər yetərincədir. Nizami küçəsi boyu burada antisanitariya hökm sürür, ətraf başdan-başa zibillik içərisindədir. Nizami küçəsində yolun kənarında yığılıb qalmış zibil yığnaqlarını yığırlarsa belə, bunu çox nadir hallarda edirlər. Zibil qutuları isə ümumiyyətlə yoxdur.

Adam bilməsə ki, hardadır, buranı Somalinin, Hindistanın küçəsi bilər. Ətrafda isə kifayət qədər əhali yaşayır. Aydındır bu cür zibilxanalar müxtəlif xəstəlik mənbəyidir. Bir sözlə Şabranın bu hissəsində abad, gözoxşayan heç nə yoxdur.

Adi elementar əczəxana belə rayonun bu hissəsində tək-tükdür. Rayonda ictimai nəqliyyatda da ciddi problem var. Belə ki, günortadan sonra əksər marşrutlar işləmir və sakinlərin gediş-gəlişində çətinliklər yaranır. Şəhərdaxili nəqliyyat da çox zəif işləyir, cəmi 2-3 dənə 2 nömrə marşrut işləyir ki, o da əhalinin nəqliyyat tələbatını ödəmir. Həm ona görə ki, bu marşrut sınıq-salxaq kiçik tutumlu mikroavtobuslardan ibarətdir, həm də günortodan sonra işləmirlər deyə şabranlılar məcbur olub ya evlərinə piyada gedirlər, ya da artıq xərc çəkib taksidən istifadə etmək məcburiyyətində qalırlar.

Füzuli küçəsinin sakinləri yollarının bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Adi elementar əczəxana belə rayonun bu hissəsində tək-tükdür. Rayonda ictimai nəqliyyatda da ciddi problem var. Belə ki, günortadan sonra əksər marşrutlar işləmir və sakinlərin gediş-gəlişində çətinliklər yaranır. Şəhərdaxili nəqliyyat da çox zəif işləyir, cəmi 2-3 dənə 2 nömrə marşrut işləyir ki, o da əhalinin nəqliyyat tələbatını ödəmir.

Payızda, qışda yağış yağanda təmir olunmadığından buradan keçmək lap müşkülə çevrilir. Hətta taksi sürücüləri bərbad, kələ-kötür olduğundan Füzuli küşəsinə gəlmək istəmirlər. Sakinlər neçə illərdir bu küçədə yolsuzluqdan əziyyət çəkirlər, amma bu küçəyə asfalt çəkilmir ki, çəkilmir. Dahi ədiblərin adını daşıyan küçələrə icra hakimiyyətinin bu cür yanaşması elə vətəndaşların probleminə necə yanaşmalarını bariz şəkildə göstərir. Bu küçələrin vəziyyəti qətiyyən dahi şairlərin adına yaraşmır.

Doğrudanmı Şabranda ən böyük küçələrdən biri olan, xeyli sakin yaşayan Füzuli küçəsinə asfalt çəkmək bu qədər çətin məsələdir?! Axı küçələrin təmiri, abadlaşması üçün dəfələrlə milyonlarla pul ayrılıb. Amma icra başçısı təkcə Heydər Əliyev prospektini düzəltməklə işini bitmiş hesab edir.

Ümumiyyətlə son 20 ildə Şabranda digər rayonlardan fərqli olaraq demək olar ki, heç bir inkişaf getməyib və Şabran bəlkə də Azərbaycanın şimal-şərq rayonları arasında sosial-iqtisadi vəziyyəti ən pis olan rayondur. Qaranlıq düşən kimi rayonda həyat sönür. Şəhərin yalnız bazara yaxın olan mərkəzi hissəsində bir balaca həyat əlamətləri bilinir və o əraziyə bir balaca əl gəzdirilib. Rayonun qalan hissəsi sivilizasiyadan uzaq bir məkanı xatırladır. Ümumiyyətlə maraqlıdır ki, Şabrandan kifayət qədər şikayət olsa da, nə üçün yerli icra hakimiyyəti heç bir tədbir görmür?!

Ola bilsin sənəd üzərində Füzuli küçəsi bəlkə də dəfələrlə “təmir olunub”, amma realda vəziyyət şəkillərdə gördüyünüz kimidir”. (qaynarinfo.az)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar