Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabirabadda “Şuşa ilinə” həsr olunmuş “Muğam” festivalının qalibləri mükafatlandırılıb

Sabirabadda “Ən yaxşı təqdimat” müsabiqəsinin və “Şuşa ilinə” həsr olunmuş “Muğam” festivalının qalibləri mükafatlandırılıb...

PİA.az xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyətinin müşavirə zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin və “Şuşa ilinə” həsr olunmuş respublika üzrə keçirilən “Muğam” festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad RİH başçısının müavinləri, aparatın məsul işçiləri, Sabirabad Regional Mədəniyyət İdarəsinin, Sabirabad rayonu üzrə Təhsil sektorunun, Sabirabad rayon Gənclər və idman idarəsinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti dünyanın dinamik inkişaf edən gənc dövlətlərindən biri olmaqla yanaşı, əmin-amanlıq, vətəndaş təhlükəsizliyinin təmin olunduğu ölkələrdən biridir.

Rayon rəhbəri çıxışında Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı həyata keçirdiyi siyasəti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Ulu Öndər Heydər Əliyevin anadan olması münasibətilə keçirilən tədbirlər sırasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rolunu xüsusi vurğulayan Siraqəddin Cabbarov artıq bir ənənəyə çevrilən bu müsabiqənin gənclərin vətənpərvər ruhunda yetişməsində xüsusi rol oynadığını və “Şuşa ilinə” həsr olunmuş respublika üzrə keçirilən “Muğam” festivalının önəmindən bəhs edib.

Sonra çıxış edən Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov keçirilən müsabiqələrdə uğurlu nəticələr göstərdiklərinə görə şagirdləri təbrik etmiş və gələcək həyatlarında uğurlar arzulayıb.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə “Şuşa ilinə” həsr olunmuş respublika üzrə keçirilən “Muğam” festivalı muğam sənətinin inkişafı və təbliği məqsədilə önəmli olduğunu qeyd edib

Daha sonra çıxış edən Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev bu müsabiqələrin əhəmiyyətini, gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib.

Sonda rayon icra Hhakimiyyətinin başçısı Siraqəddin Cabbarov tərəfindən M.Müşviq adına 4 saylı şəhər tam orta məktəbinin 11-ci sinif şagirdi Əsgərova Ləman Fərhad qızı və Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin şagirdi Ağazadə Əli Rəmzi oğlu müsabiqədə uğurlu nəticələr göstərdiklərinə görə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif ediliblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar