Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
Hadisə bu gün saat 15.30 radələrində rayonun Qaratəpə kəndində qeydə alınıb. ”VAZ 21011” markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılardan bir nəfərin vəziyyəti ağır olduğundan, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.(APA)
pia.az