Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Sabirabadda başçı ilə birinci müavin arasında nüfuz davası gedir?

Rayonun kəndlərində keçirilən görüşlərdə vətəndşların, xüsusən də ağsaqqaların ayağa qalxaraq uca səslə Həsən Həsənova minnətdarlıq bildirirlər

Bu da Həsən Həsənovun öz nüfuzunu gözə soxmaq niyyətindən xəbər verir.

Sabirabaddan MilliYol.a-a daxil olan məlumata görə rayona yeni icra başçısı təyin edilmiş Siraqəddin Cabbarovun işləri heçdə uğurlu getmir. Belə ki, hər zaman bütün işlərini birinci müavininə tapşıran və həmişə idarəetmədən bixəbər biri kimi ad çıxardan Siraqəddin Cabbarov bu dəfə Sabirabadda eyni metodla "işləmək" istəyindədir.

Rayonda öz otoretini qurmaq istəyən Siraqəddin Cabbarovun bəzi kadr islahatlarına getmət istədiyi və bu sırada özünə yei birinci müavin gətirtmək istədiyi məlum olub. Bundan xəbərdar olan hazırkı biribci müavin Həsən Həsənov isə yeni başçıya qarşı öz mövqelərini gücləndirməyə başlayıb.

Mənbə bildirib ki, Bakıya gedib kiminləsə görüşəndən sonra Həsən Həsənov Siraqəddin Cabbarovun qol qanadını qırmaq üçün fəaliyyətə başlayıb. Mənbə iddia edir ki, başçı müavini artıq indidən öz ətrafını genişləndirməklə rayonun nüfuzlu şəxsləri ilə gizli danışıqlar aparmaqla məşğuldur.

Birinci müavin Həsən Həsənov rayonun nüfuzlu şəxslərini öz ətrafına toplayıb icra başçısını zündən asılı vəziyyətə salmaq istəyindədir. Çünki Saatlıda Siraqəddin Cabbarovla işləyən və onu həmişə idarə edən birinci müavin İlham Quliyev başçının zəif yerlərini Həəsn Həsənovla bölüşüb.

Məlumata görə rayon kəndlərində keçirilən görüşlərdə vətəndşların, xüsusən də ağsaqqaların ayağa qalxaraq uca səslə Həsən Həsənova minnətdarlıq bildirmələri və onu rayonun ağsaqqalı hesab etmələri onu deməsə əsas verir ki, birinci müavin yaxın aylarda Siraqəddin Cabbarovu öz iradəsinə tabe etməyə çalışır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar