Şənbə, 22 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Sabir Rüstəmxanlı məhəllə görüşlərinə başladı – Foto

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi sabir Rüstəmxanlı bu gündən kəndlərdə məhəllə görüşlərinə başlayıb...

Sabir Rüstəmxanlının seçki qərargahından bildirilib ki, seçicilərlə görüş üçün nəzərdə tutulmayan yerlərdə Sabir Rüstəmxanlı fərdi – məhəllə görüşlərinə start verib.

Bu gün Astanlı, Qədimkənd və Kürqarabucaq kəndlərində keçirdiyi görüşlərdə Sabir Rüstəmxanlı sakinlərin problemi ilə maraqlanıb, onların istəklərini dinləyib.

Sabir Rüstəmxanlının Azərbaycanın hər evində, ocağında tanındığını bildirən sakinlər onunla fəxr etdiklərini, Milli Məclisdə onları təmsil etməsindən qürur duyacaqlarını deyiblər.

Xalq şairi belə etiramlı qarşılanmaya və isti münasibətə, öz mövqelərini açıq şəkildə bildirdiklərinə görə onlara təşəkkür edib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar