Cümə, 02 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sabir Rüstəmxanlı: “İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”

“Sənədlərdən daha çox, onların praktikada necə yerinə yetirilməsi ilə maraqlanmalıyıq”.

PİA.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, bu qanun layihəsi məşğul əhalinin sayının artırılmasına hesablanmalıdır: “Deputat seçildiyim rayondan mənə edilən müraciətlərdə onlarla insan bildirir ki, məşğulluq idarəsi onları qeydiyyata almır. Bu işdə qeydiyyatın elektronlaşması da müsbətdir, amma rayon yerində bir çox insan bunu edə bilmir. Bu qanun layihəsinə təklif edilən dəyişikliklərlə bir çox bürokratik əngəllər aradan qaldırılır. Ancaq bu dəyişikliklərlə yenə də əhalinin müəyyən qismi diqqətdən kənar qalacaq. Rayonlarda müvafiq qurumlarda çalışan insanların münasibəti əhalinin dövlətə münasibətinə təsir göstərir. Burada ciddi işlərə ehtiyac var. İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Qarabağ probleminin 50 faizi artıq həll olunub” - Açıqlama

Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

Qarabağın pərdəarxası: Rusiya Azərbaycanın irəliləməsinə niyə icazə verir?..

Erməni rejimi əhalidən ordu üçün su, siqaret və konserv dilənməyə başladı...

Azərbaycan Ağdərədə müdafiə xəttini yardı: Məhv edilmiş düşmən əsgərlərinin görüntüləri - Video, Foto

Tramp, Putin və Makron Qarabağla bağlı birgə bəyanat verəcəklər

Türkiyə və Rusiya Qarabağda hərbi əməliyyatların dayandırılmasını istəyirlər

Erməni işğal qüvvələrinin tərkibində vuruşan suriyalı terrorçular - Foto

Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı bəyanat qəbul edib.

Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - Rəsmi

loading...

Ən çox oxunanalar