Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabir Rüstəmxanlı dünyaya çağırış etdi

“Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün!”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarına, türk Dünyasına və sülhpərvər dünya ictimaiyyətinə müraciət qəbul edib.

Həmin müraciəti diqqətinizə çatdırırıq:

Bu gün dünyanın gözü Azərbaycandadır. Dost da, düşmən də Azərbaycanın Vətən müharibəsini diqqətlə izləyir. Dostlar cəbhədən gələn hər uğurlu xəbərə sevinir, düşmən həyacan və təşviş içində. 30 ildir Azərbaycan torpaqlarının işğal altında olmasını yada salmayan, yüzlərlə insanımızın əsirlikdə işgəncə altında qalmasını görməzdən gələnlər indi dilə gəliblər. Azərbaycan əsgərinin azadlıq savaşında atdığı ilk güllədən dərhal sonra Roma Papasından ABŞ prezidentinə, Rusiya Dumasından Almaniya kanslerinə qədər “narahatlıq”, atəşi dayandırmaq bəyanatı verilir. İllərdi Xocalı soyqırımına, erməni faşizminə, işğal faktına susan bu yalançı sülhpərvərlər indi Azərbaycanın haqq savaşından narahat olublar. Azərbaycamn beynəlxalq qanunlara və konstitusiyasına uyğun olaraq öz dövlət ərazisini qeyri-qanuni silahlı birləşmələrdən azad etmək və Ermənistanın işğalçılığına son qoymaq istəyir. Bu hərbi əməliyyatlara heç bir hüquq və haqq məhdudiyyət qoya bilməz! Azərbaycan xalqının səbrinin son həddidir və başlanan savaş torpaqların azad olunması ilə başa çatacaq!

Azərbaycan xalqı və dövləti açıq düşmələ savaşdan geri durmayacaq və bu düşmənin havadarlarının sözü bizi haqq yolumuzdan qaytara bilməyəcəkdir. Amma dostla düşmənin tanındığı bu günlərdə bir xalq olaraq dostlarımızdan, canbir, qanbir qardaşlarımızdan umacaqlarımız da var. Hər zaman olduğu kimi, indi də Qardaş Türkiyə bütün varlığı ilə “Can Azərbaycan” deyərək yanımızdadır. Türkiyə dövləti diplomatik cəbhədə Azərbaycanı müdafiə edir, bütün Türk xalqı da öz dəstəyini göstərməkdədir. Eyni dəstək və mövqeni digər türk cumhuriyyətlərindən də gözləyirik. Erməni faşizmi bütövlükdə Türk millətini özünə düşmən elan edib. Bu gün savaş meydanında Azərbaycan əsgəri dayansa da, dünya siyasətində Ermənistanhavadarları antitürk siyasəti yürütməkdədi. Bu siyasətə qarşı Türk Dünyasının birlik və həmrəyliyi mütləqdir. Dünya imperalizminin yürütdüyü şər siyasətinə qarşı bu gün Qarabağda başlanan savaşla bütün Türk Dünyası “dur” mesajı verməlidir! 

Bu gün Qarabağda aparılan savaş 50 milyonluq Azərbaycan xalqının savaşıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı bu savaşın əsgəridir. Avropada, Amerikada, Rusiyada yaşayan soydaşlarımız Azərbaycanın haqq mübarizəsinin təbliğatçısına, erməni faşizminin açıq və gizli dəstəkçilərini susduran qüvvəyə çevrilməlidir. Savaşın ilk günlərindən Ermənistana hərbi və siyasi dəstək verən İran adlı fars-molla rejimiinin zülmü altında yaşayan milyonlarla soydaşımızın bu gün öz sözünü deməyə və düşmənin İran üzərindən gedən xilas yolunu bağlamağa ehtiyac var. Güney Azərbaycanda yaşayan soydaşlarımızın vətən sevgisinə güvənərək bu etiraz dalğasının nəticə verəcəyinə inanırıq. 

Azərbaycan Vətən Müharibəsində uğurlarını davam etdirir, Azərbaycan əsgəri zəfərə doğru savaşır. Tarix yazılan bu günlərdə Arazın güneyində yaşayan soydaşlarımıza, Dünya Azərbaycanlılarına və bütün Türk Dünyasına müraciət edirik: Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün!

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar