Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazirin oğlunun İngiltərədə meşə sahibi olduğu üzə çıxdı - "Ekoturizm biznesi" - Foto

Heydər Babayevin oğlu İngiltərədə meşə aldı...

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev İngiltərənin Uels əyalətində böyük bir meşəlik ərazini alaraq ekoturizm sektorunda da öz biznesini qurub.

PİA.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

Məlumatda bildirilir ki, əyalətin kiçik Llanwrtyd qəsəbəsində Victoria Road yolu üstündəki VİCTORİA WELLS LOG CABİN MOTEL ucsuz-bucaqsız ormanlıq sahənin şərq qurtaracağında meşə turizmi həvəskarlarının diqqətini çəkən məkanlardandır: Təsisata otel və çoxaylı kotteclər daxildir.

Kompleks Emin Babayevin 2018-ci il noyabrın 6 da Britaniyada qeydiyyatdan keçirdiyi MEAT AND GREET LIMITED şirkəti üzərindən idarə olunur. Şirkət kompleksin yerləşdiyi ünvanda (Victoria Wells Cabins, Victoria Wells Forest Cabins, Victoria Road, Llanwrtyd Wells, Powys, United Kingdom, LD5 4SY) 11661629 saylı lisenziya ilə qeydiyyata alınıb.

Bundan əvvəl turizm kompleksi VİCTORİA WELLS SPA adı ilə fəaliyyət göstərib. 2015-2017-ci illərdə "VİCTORİA WELLS"i keçmiş nazirin oğlunun digər şirkəti - CASPIAN DRAGON CYF idarə edib. Adı "XƏZƏR ƏJDAHASI" anlmına gələn və 2015-ci ilin avqustunda qeydiyyatdan keçmiş şirkətin sənədlərində təsisçinin Azərbaycan vətəndaşı, bankir, 1982-ci il təvəllüdlü Emin Babayev olduğu qeyd edilir.

Emin Babayev poker həvəskarıdır və Londonda kazinolarda poker oyunlarının aktiv iştirakçısıdır. Ən yüksək udduğu məbləğ 2018-ci ildə Londonda keçirilən poker oyununda 37,705 dollar olub.

Babayevlərin Avropadakı digər ailə şirkəti - MERCURY EUROPE HOLDİNQS 2011-ci ildən Lüksemburqda fəaliyyət göstərir. Şirkətə Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva rəhbərlik edir.

Araşdırmaçı jurnalist Babayevlərin Azərbaycanda "AB Standard" holdinqinin sahibi olduğunu, "Bank Standard", "Standard İnsurance", "AB Legal Consulting Group", "Standard Lizinq", "Standard Capital" şirkətləri, "Dərnəgül boru zavodu" və "Lənkəran Mehmanxana"sının holdinqə daxil olduğunu qeyd edib.

pia.az


Etiket: Heydər Babayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar