Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir və oğullarının biznes səltənəti üzə çıxdı - Faktlar, Fotolar

Səlim Müslümov 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi əmək və əhalinin sosial müdafiəsi naziri işləyib...

"Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlü Edinburq Universitetini başa vurduqdan sonra biznesə girişib. 2017-ci ilin noyabrın 23-də o, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib. Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda - Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A-da hüquqi qeydiyyata alınıb”.

Bu sözləri araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook”dakı səhifəsində yazıb.

O, sənədlər və fotolar da paylaşaraq nazir və oğllarının üzə çıxan şirkətlərini qeyd edib:

"1."ORİON GLOBAL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli ORİON PALACE Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.

2."ORİON CONSTRUCTİON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tikinti sahəsində fəaliyyət göstərir.

3."ORİON CARS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.

4."ORİON CREATİVE SOLUTİONS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu – Asim Müslümlü Səlim oğlunun adına rəsmiləşdirilib.

Asim Müslümlü də Britaniyada, Edinburq Universitetində təhsil alıb, hazırda İsveçrədə yaşayır.

Səlim Müslümov 1995-ci ildən bəri hazırkı iqtidarın komandasında yüksək vəzifələr tutub, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar