Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir müflis ola bilər... - Avropadakı biznesi çökür

Sabiq ETSN naziri Hüseynqulu Bağırovun Avropadakı biznesi iflas ərəfəsindədir. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli Facebook hesabında məlumat paylaşıb.

Həmin məlumatı təqdim edirik: "Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Azərbaycanda üzləşdiyi problemlər (məhkəmə prosesi, böyük ehtimalla maliyyə nəzarəti) onun ailə üzvlərinin Londondakı biznesini iflic edib. Səbəblər sırasına sabiq nazirin Avropadakı otelçilik biznesini məngənəyə salan pandemiya da daxildir. İngiltərədə keçmiş nazirə məxsus, qızı Sevinc Bağırovanın adına rəsmiləşdirilmiş NORDFIELDS MANAGEMENT LIMITED şirkətinin adı maliyyə çətinlikləri və vergi borcları ucbatından artıq Britaniya Şirkətlər Evinin "qara siyahısı"na salınıb.

Oktyabrın 20-də rəsmi "First Gazette"də yer alan bildiridə şirkətin iki ay ərzində qeydiyyatının ləğv ediləcəyi və ona aid bütün əmlak və vəsaitin Krallığın xeyrinə müsadirə olunacağı barədə xəbərdarlıq olunub. Xəbərdarlıq sahibsiz mülkiyyət hüququnu tənzimləyən "bona vacantia"dan gedir.

Bu ayın 7-də isə Sevinc Bağırovanın müraciəti nəzərə alınaraq şirkətin ləğvi prosesi müvəqqəti olaraq dayandırılıb.

Vergi ödəmələrindəki problemlər ucbatından Bağırovlar ailəsi Qlazqodakı oteli idarə edən NORDFIELDS PROPERTIES LIMITED şirkəti ilə bağlı illik hesabatı iki aya yaxın müddətdə gecikdiriblər. Ailəyə məxsus bir neçə şirkət noyabrın ilk günlərində əvvəlki dəbdəbəli ünvanlarını (Hatton Garden 63-66 və Borough High street 85-87) tərk edərək Princes street 4-də cəmləşib.

Hüseynqulu Bağırovun Avropadakı biznesini xilas etmək üçün hələ yay aylarında Azərbaycandakı geniş torpaq sahələrini və meyvə bağlarını satışa çıxardığı məlum idi. Lakin güman olunur ki, onun ölkədən qanunsuz vəsait çıxarmasına imkan verilməyib".

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar