Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir müavinin biznesmen oğlu iki şirkətin təsisçiliyindən çıxarılıb - Fotofakt

Gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılovun biznes obyektləri əlindən alınıb.

İsmayıl İsmayılovun oğlu Elvin İsmayılov artıq "Gilan Holdinq”ə daxil olan "Gilan İnşaat" MMC-nin qanuni təmsilçisi hüququnu itirib. Bir aydır ki, MMC-nin qanuni təmsilçisi Emil Sultanov Rauf oğludur.

Hazırda isə MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 12 min 543 manat 80 qəpik borcu var.

Bundan başqa, İsmayıl İsmayılovun oğlu rəhbərlik etdiyi daha bir şirkətin - idman ləvazimatlarının, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşmış "Qəbələ Sport Store" MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. "Qəbələ Sport Store" MMC-nin qanuni təmsilçilyinə Zaur İbrahimov Davud oğlu gətirilib.

Hazırda İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi - təsisçisi olduğu şirkət "Core Construction"dur. Yeni hüquqi ünvana köçən Elvin İsmayılovun təsisçisi olduğu bu şirkətdən də yaxın vaxtlarda uzaqlaşdırılacağı istisna edilmir.

"Core Construction" Bakıda və bir sıra rayonlarda çox sayda müxtəlif istiqamətli tikinti, təmir və dizayn işləri həyata keçirir.

Qeyd edək ki, ötən il 29 noyabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Sabiq nazir müavini işdən azad ediləndən sonra Qaynarinfo-ya verdiyi açıqlama ilə gündəmə gəlmişdi. İsmayıl İsmayılov bildirmişdi ki, işdən çıxarılması barədə sərəncam onun üçün gözlənilməz olub: "Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram”.

Xatırladaq ki, "Gilan Holdinq"in fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. (amia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar