Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sabiq MTN əməkdaşı: QRU Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və…

SSRİ-də etnik münaqişələrin yarandığı ərəfədə DTK-nın respublikalardakı şöbələrinin rəhbərliyinə, o cümlədən Bakıya xüsusi adamlar gətirilib…”

“Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov bir dəfə mətbuatda “QRU” ilə əməkdaşlıqla bağlı 55 min nəfər rəqəmini səsləndirmişdi…”

Son 30 illik müstəqillik dövrü, I və II Qarabağ savaşları, eləcə də ölkəmiz ətrafında baş verən son siyasi olaylar əyani şəkildə göstərdi ki, Azərbaycandakı həm siyasi, həm hərbi proseslərə xarici kəşfiyyat və xüsusi xidmət orqanlarının xeyli müdaxiləsi olub. Və həmin qurumlar daim Azərbaycan xalqına, dövlətinə bütün sahələrdə problemlər yaratmağa, Qarabağ torpaqlarının işğalına, sonradan isə azad edilməsinin qarşısını almağa çalışıblar. Azərbaycanın müvafiq dövlət qurumlarının xarici kəşfiyyat və agentura şəbəkələrinə qarşı mübarizəsi sayəsində həmin cəhdlərin bir çoxunun qarşısı alınıb. Və həmin mübarizə bu gün də davam etməkdədir…

Keçmiş təhlükəsizlik əməkdaşı Ərəstun Oruclu moderator.az-a müsahibəsində sovet dövründə Qarabağ münaqişəsinin qondarılıb ortalığa atılmasında, eləcə də son 30 illik dövrdəki Qarabağ savaşlarında SSRİ “KQB”-si ilə yanaşı digər güclü xarici kəşfiyyat qurumlarının(ABŞ MKİ, Britaniya- “Mİ-6”) qurumları, xüsusilə yaxın qonşularımız Rusiyaİran xüsusi xidmət orqanlarının mənfi rollarından danışıb:

-Ərəstun bəy, 1988-ci ildən bəri Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsindəki ziddiyyətlərin körüklənərək “münaqişə”, daha sonra müharibə müstəvisinə gətirilməsində xarici kəşfiyyatların rolu haqqında nə demək olar?

-Hesab edirəm ki, 1988-c ildən Qarabağ məsələsinin “münaqişə”, daha sonra müharibə müstəvisinə gətirilməsində xarici kəşfiyyatların rolu bəzən ortaya çıxan müəyyən məlumat və açıqlamalarda deyildiyi qədər olmayıb. Postsovet məkanında SSRİ-nin dağılması ərəfəsində yaradılan bütün etnik münaqişələrə ilk növbədə SSRİ DTK, başqa cür desək, “KQB” nəzarət edirdi. Desəm ki, həmin münaqişələri “KQB” yaradıb, yəqin ki, yanılmaram. Və bu barədə hazırda məlumatlı mənbələrin xeyli açıqlamaları var…

SSRI-nin çökməsində Stalindən sonrakı mərhələdə – Xruşovun dönəmindən “KQB” ilə kommunist partiyası arasındakı çəkişmələr böyük rol oynadı. Tarixdən gördüyümüz kimi, həmin münaqişə 30 ilə qədər çəkdi. Və son nəticədə Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Burada əsas dağıdıcı, detonator rolunu isə məhz SSRİ DTK oynayırdı. 1980-ci illərin ortalarında Qorbaçovun hakimiyyətə gəlməsi ilə “KQB”-nin partiya üzərində nəzarətinin zəifləməsindən sonra dağıntı prosesinə start verildi. Məsələn, Qarabağ münaqişəsinin körüklənməsində məhz SSRİ DTK-nın 5-ci baş idarəsinin rəisi və sonradan eyni zamanda DTK sədrinin birinci müavini vəzifəsini tutmuş general Filip Bobkovun müstəsna xidmətləri olub. Bunu şahidlər deyirdi… Generalı dəfələrlə müşayiət edən şəxlər danışırdı ki, Qarabağ münaqişəsi ərəfəsində və onun yarandığı dövrdə F.Bobkov dəfələrlə xüsusi komanda ilə həm Azərbaycan, həm də Ermənistanda olub. Və o, Azərbaycan-Ermənistan münaqişəsini faktiki olaraq həm yaradıb, həm də idarə edib. Şübhəsiz ki, yerli DTK orqanları da bu işdə fəal iştirak ediblər…

Bilirsiz ki, Qarabağ münaqişəsi keçmiş SSRİ məkanındakı (Abxaziya, Dnestryanı, Osetiya, Özbəkistan və s.) bir neçə etnik münaqişədən biri idi. Və maraqlıdır ki, bunların hamısında F.Bobkovun adı çəkilir. Amma tamam başqa kontekstdə. Guya o, milli münaqişələlərin profilaktikası və aradan qaldırılması üzrə mütəxəssis olub və s. Amma onun necə mütəxəssis olduğunu artıq yaxşı bilirik…

Maraqlı məqamlardan biri də odur ki, etnik münaqişələrin yarandığı ərəfədə DTK-nın Sovetlərin tərkibindəki respublikalardakı şöbələrinin rəhbərliyinə xüsusi adamlar gətirilib. Məsələn, Azərbaycanda bu, Vaqif Hüseynov idi. O, hazırda Moskvada yaşamaqda davam edir. V.Hüseynov Elçibəy hakimiyyəti dönəmində həbs olundu. Onu 20 Yanvar faciəsi ərəfəsində, yəni 1990-cı il yanvarın 19-u axşam Azərbaycan televiziyasının enerji blokunun partladılmasında suçlayırdılar. Amma az sonra Rüstəm İbrahimbəyov kimi Moskva emissarlarının “ziyalılar adından” xahişi ilə prezident Elçibəy tərəfindən azadlığa buraxıldı və Rusiya paytaxtına yollandı. Bundan sonra V.Hüseynov Azərbaycana qayıtmayıb. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qısa müddətə Bakıya gəldi və sonra yenidən Moskvaya qayıtdı…

Sualınızın cavabına yekun olaraq deyim ki, şübhəsiz, Sovet İttifaqı qapalı ölkə olsa da, xarici kəşfiyyatlar: “CİA”, “Mİ-6”, “Mossad” və digərləri müəyyən dərəcədə proseslərə qatılırdı. Amma həlledici və aparıcı rolu yenə də “KQB” oynayırdı. Etnik münaqişələri məhz “KQB” yaradırdı. Onun rəhbərlərinin məqsədi ya SSRİ-ni dağıtmaq idi, ya da onlar İttifaqın dağılacağını bilirdilər, ona görə də gələcəkdə Rusiyanın geostrateji mövqelərini qorumaq üçün mühüm strateji bölgələrdə həmin münaqişələri yaradır və onu idarə edirdilər…

-Bütün bunlara rəğmən belə versiyalar ki, postsovet məkanındakı digər konfliktlər kimi, Qarabağ məsələsinin də münaqişə səviyyəsinə gəlməsində SSRİ-ni çökdürmək məqsədi güdən ABŞ MKİ- “CİA” da mühüm rol oynayıb, hətta “Mİ-6” və “Mossad” da ona dəstək verib…

-Əslində öncəki sualınıza cavabda bu sualı da xeyli dərəcədə cavablandırdım. Onu əlavə edim ki, sadalanan etnik münaqişələri Qorbaçovun tərəfdarları deyil, əleyhdarları yaradırdılar. Və təsadüfi deyil ki, onların bir çoxu məhz Qorbaçov tərəfindən istefaya göndərildi. O cümlədən adını çəkdiyim, bütün bu münaqişələrin müəllifi F.Bobkov Qorbaçov tərəfindən DTK-dakı vəzifəsindən azad edilərək Müdafiə Nazirliyində müşavir işinə təyin olundu, sonra isə ümumiyyətlə, istefaya göndərildi… Mən belə düşünürəm…

-Amma Qərb kəşfiyyatlarıyla paralel və birgə SSRİ “KQB” və “QRU”-nun, (Sovet, indi isə Rusiya Ordusunda Baş Kəşfiiyyat İdarəsi) Qorbaçova işləyən xeyli hissəsinin də Qarabağda , Qərbi Azərbaycanda, o cümlədən Sumqayıtda, Bakıda olayların qızışdırılmasında böyük rol oynadığını da deyənlər var… Adı çəkilən qurumların agentura şəbəkələrinin müstəqil dövlətçiliyimizin formalaşdığı 1991-1993-cü illərdə də dırnaqarası “müsbət xidmətləri” olub…

-Əlbəttə, bu proseslərdə, o cümlədən Qarabağ münaqişəsində “KQB” və “QRU”-nun paralel iştirakı olub. Məsələ burasındadır ki, onların arasında bir iş bölgüsü var idi. “KQB” daha çox siyasi, iqtisadi, texnoloji casusluq və əks-kəşfiyyatla məşğul olurdu. “QRU” isə əsasən hərbi kəşfiyyat sahəsində işləyirdi. Bu gün də eyni sahədə fəaliyyətini davam etdirir. Ancaq bu o demək deyildi ki, həmin qurum mülki işlərlə məşğul olmurdu. Məsələn, Azərbaycanda “QRU”-nun ən çox işlədiyi mülki qurumlardan biri Bakı Dövlət Universiteti olub. Və BDU tələbələri arasında “QRU” bəlkə də yüzlərlə fəalı əməkdaşlığa cəlb edib…

Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov bir dəfə mətbuatda “QRU” ilə əməkdaşlıqla bağlı Azərbaycanda 55 min rəqəmini səsləndirmişdi… Bu adamların çoxu sovetlər dönəmində ali məktəblərdə təhsillərini bitirdikdən sonra hərbi toplantı-təlimlərinə cəlb olunurdu və bir neçə ay həmin təlimlərdə iştirak edirdilər. Həmin dövrdə o tələbələrin çoxu “QRU” ilə əməkdaşlığa cəlb olunuraq konservləşdirilmiş, yəni qeyri-fəal agent şəklində saxlanılırdı ki, məhz bu gün də həmin şəbəkənin üzvlərinin bir çoxu aktivləşdirilərək Azərbaycanda fəaliyyətə cəlb olunublar… 1992-1993-cü illərdə də o agentlərin bir hissəsi aktivləşdirilərək yenicə qurulmaqda olan Müdafiə Nazirliyi sisteminə və digər dövlət orqanlarına yerləşdirildi və onların vasitəsilə yalnız hərbi deyil, siyasi vəziyyətə də təsir göstərildi. O dövrdə həmin casusların bir çoxu aşkarlanmışdı. Təəəsüf ki, siyasi haklimiyyət bir sıra hallarda onların zərərsizləşdirilməsinə imkan vermirdi. Digər tərəfdən isə Elçibəy hakimiyyəti dövründə “KQB” arxivlərinin qapalı olması xüsusi xidmət orqanlarının Azərbaycandakı agentlərin aşkarlanması üzrə fəaliyyətinə ciddi məhdudiyyətlər yaradırdı. Bundan başqa, AXC hakimiyyəti dövründə siyasi hakimiyyətlə xüsusi xidmət orqanları arasında müəyyən dərəcədə sıx əlaqə olmaması bir sıra hallarda həmin orqanların verdiyi məlumatların açıq-aşkar inkar olunmasına gətirib çıxarırdı. Məsələn, o vaxtkı MTN hakimiyyətə kimlərinsə konkret hansı sahədə agentliklə məşğul olduğunu bildirirdi. Fəqət sonra gözlənilmədən baxırdın ki, həmin adamlar vəzifələrə irəli çəkilib. Bax belə müəmmalı məqamlar da var idi. Hazırda Elçibəy dövründə hakimiyyətdə olmuş şəxslər bu mövzunu sevmirlər və mövzu açıqlanan kimi hücuma keçirlər. Amma bu, faktdır…

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?

Yeni nazir müavini təyinatından danışdı - Foto

Bakıda “AA” seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü – Video

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Ən çox oxunanalar