Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabahdan uşaqlara zərər vuran informasiyaları yayanlar cərimələnəcək

Prezidentin 19 dekabr 1919-cu il sərəncamına əsasən bu sahəni tənzimləyən qanunvericilk aktlarına dəyişiklik olub...

Cəmiyyətdə zorakılığın və qəddarlığın təbliğ olunması, televiziyada erotik məhsulların aşkar surətdə nümayiş olunması və s. uşaqlara ziyan vuran informasiyalar hesab olunur. Buna görə də teleradio vasitəsilə yayımlanan informasiya məhsullarına, uşaqlarla bağlı informasiayaların çeşidlənməsinə televiza və radiolar, internet informasiya ehtiyatları özləri nəzarət etməlidirlər.

“Yeni Sabah” xəbər verir ki, Prezidentin 19 dekabr 1919-cu il sərəncamına əsasən bu sahəni tənzimləyən qanunvericilk aktlarına dəyişiklik olub. Onlardan biri də inzibati Xətalar Məcəlləsidir. Bu məcəlləyə 388-2 maddə-uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması maddəsi əlavə olunub. Həmin bu maddədə qanunda göstərilən məsələlərlə bağlı sanksiyalar nəzərdə tutulur.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov Lent.az -a bildirib ki, internetdə, televiziyada kino, veriliş yayımlanan zaman uşaqların yaş kateqoriyasına aid xəbərdarlıq mətni, hər hansı veriliş radioda səsləndirilən zaman uşaqlara aid xəbərdarlıq mətnin səsləndirilməməsi halında, 18 + xəbərdarlığının qoyulmaması, informasiya teleradioda yayılanda məlumatlar göstərilməyəndə, təhsil müəssisələri, sanatoriya, uşaqlar üçün müəssisələrdə qadağan edilən informasiya məhsulunun 150 metrdən az məsəfadə satılması ilə bağlı sanksiya nəzərdə tutulub: "Hazırda müxtəlif vaxtlarda serial tipli filmlər nümayiş olunur, axşam saat 00:00-dən sonra filmlər nümayiş olunur. 2020-ci il yanvar ayının 1-dən onların hamısı qoyulmuş tələblərə əməl etməlidirlər. Filmlər nümayiş olunanda xəbərdarlıq əks olunmur. Elə filmlər var ki, uşaqların baxmaması daha məsləhətdir, amma işarələnmir. Hər bir saytın, səhifənin məsuluyyət daşıyanı olmalıdır. İşarələnmiş mətnlərə nəzarət olunması isə artıq valideynin funksiyasıdır”. Komitə rəsmisi bildirib ki, yanvarın 1-dən yaş kateqoriyası ilə bağlı xəbərdarlıq yerləşdirilməyəndə aidiyyatı dövlət təşkilatı veb-səhifə ilə bağlı tədbirlər görəcək. Bundan başqa içki, siqaret reklamının məktəblərə 150 metrdən az olan məsafədə yayılmasına görə sanksiya nəzərdə tutulub: "Oyun diskləri, məktəb dərsliklərində gündəlik, dəftərlər qabıqlarında yayılan informasiya məhsullarının yaş kateqoriyasına uyğun işarələnib-işarələnmədiyinə nəzarət olunacaq”.

pia.az


Etiket: cərimə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar