Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah xoş xəbəri Xocavənd və Ağdərədən ala bilərik – Erməni etirafı

Gün ərzində Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) və Ağdərə (Martakert) bölgələrinin yaşayış məntəqələrini atəşə tutub.
 
Ovqat.com xəbər verir ki, məlumatı “DQR”-nın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.
 
 Məlumata görə, Azərbaycan ordusu Xocavənd qəsəbəsini və Ağdərə bölgəsindəki Gerger kəndini top atəşinə tutaraq mülki əhaliyə maddi ziyan vurub.
 
Artıq ikinci gündür ki, “düşmən” Ağdərə və ətraf kəndlər istiqamətində döyüş təyyarələrindən istifadə edir. Bu yaşayış məntəqələrinə də xeyli ziyan dəyib, - məlumatda belə deyilir. 
Məlumatda o da etiraf olunur ki, "xoşbəxtlikdən mülki əhali arasında ölən və yaralanan yoxdur".
 
Qondarma qurumun “FHN”-nin bu məlumatında hər iki rayonun ağır bombardıman altında qalmasına baxmayaraq, mülki şəxslərdən heç kimin burnunun belə qanamamasının etiraf olunması Azərbaycan ordusunun əsl hədəfini göstərir. Əgər məqsəd mülki vətəndaşlara zərər vurmaq olsaydı, dəqiq nişanalma qabiliyyəti yüksək qiymətləndirilən ordumuzun gözündən bir Allah bəndəsi də yayına bilməzdi. Öz torpaqlarını işğaldan azad etmək uğrunda vuruşan Azərbaycan əsgərinin yalnız bir hədəfi var – təcavüzkar düşmən qüvvələri. Odur ki, bizim düşmən üzərinə yağdırdığımız mərmilər də həmin hədəfə ünvanlanır. Ermənistanın işğal ordusu ya Dağlıq Qarabağı öz xoşuyla tərk edəcək, ya bu ərazilər düşmənə məzar olacaq. Əsgərimizin qarşısında başqa alternativ yoxdur!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar