Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah Davosda Dünya İqtisadi Forumu başlayır

Sabah Davosda Dünya İqtisadi Forumu başlayacaq

Bu il 49-cu dəfə təşkil olunan Dünya İqtsadi Forumunda 110 ölkədən 3 mindən çox siyasətçi, biznesmen, elm adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri 350-dən çox iclasda iştirak edəcək. “Qloballaşma: Dördüncü sənaye inqilabı dövründə qlobal strukturu formalaşdırmaq” mövzusunun hakim olduğu zirvəyə ABŞ Prezidenti Donald Tramp, İngiltərənin baş naziri Tereza Mey, Fransa Prezidenti Emmanuel Makron və Koreya Prezidenti Mun Çje İn qatılmasalar da 60-dan çox ölkənin nümayəndələri geniş təhlükəsizlik tədbirləri çərivəsində artıq Davos Klostersə gəlir.

Dünya İqtisadi Forumunun budəfəki gündəmi 2019-cu ilin qlobal risklərinə və onların müzakirəsinə həsr olunacaq. Forumun hazırladığı hesabata görə bu ilin ən böyük riskləri geosiyasi və geoiqtisadi sferanı əhatə edir, ən çox diqqət çəkən məqam isə iqlim böhranıdır.

Dünya İqtisadi Forumunun yeni yaydığı Qlobal Risk hesabatında böyük güclər arasında geosiyasi və geoiqtisadi gərginliklərin artdığı, dünyanın bu baxımdan artıq parçalanma mərhələsinə daxil olduğu bildirilir. 2019-cu ilin 5 əsas qlobal risklərindən 4-ü iqlimlə bağlıdır. Son 10 ilin nəticələrinə görə, artıq iqlim problemləri iqtisadi qayğıların önünə keçib. Enerji ehtiyatlarının qlobal problemlərlə mücadilədən daha çox milli mənafelər uğrunda xərclənməsi isə dünyanı daha dərin çətinliklərə sürükləyəcək.

Belə bədbin, həm də nikbin proqnozlar fonunda dünya liderləri yanvarın 22-dən 25-dək bir illik beynəlxalq iqtisadi gündəliyin müəyyən olunduğu Davosda toplaşaraq Dünya İqtisadi Forumu çərçivəsində gərgin müzakirələrə qoşulacaq.

Dünya İqtisadi Forumu ötən əsrin 70-ci illərində professor Klaus Şvab tərəfindən yaradılıb və məhz onun sayəsində kiçik bir qrupdan, hazırda 3 mindən çox iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib. Azərbaycanı ilk dəfə bu forumda 1995-ci ildə Prezident Heydər Əliyev təmsil edib. Azərbaycan Respublikasının Dünya İqtisadi Forumunda ilk dəfə iştirakı münasibətilə ölkəmizə həsr olunan görüş keçirilib və Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Beynəlxalq forum 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq ilk dəfə başqa şəhərdə – Nyu-Yorkda baş tutub. 2007-ci ildən Dünya İqtisadi Forumuna qatılan Prezident İlham Əliyevin və təşkilatın rəhbəri Klaus Şvabın razılığına əsasən bu forum 2013-cü ildə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Bakıda təşkil olunub. Hələ ötən il forum Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı, inklüziv inkişaf indeksinə görə isə 3-cü yerdə qərarlaşdırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar