Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvilinin Polşaya deportasiyası qanuni hesab edildi

Ukrayna Ali Məhkəməsi Mixeil Saakaşvilinin 2018-ci ildə Polşaya deportasiyasını qanuni hesab edib...

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı məhkəmənin mətbuat xidməti yayıb.

Ali Məhkəmə Saakaşvilinin Ukrayna Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinə qarşı iddiası əsasında kassasiya şikayətini təmin etməyib. Məlumatda deyilir: “Ali Məhkəmə hakimiyyətin səlahiyyətli subyektlərin Saakaşvilinin Polşa Respublikasına readmissiyası üzrə hərəkətlərini qanuni hesab edib”.

Gürcüstanın sabiq Prezidenti hüquq-mühafizə orqanlarının onun Polşaya qaytarılmasını nəzərdə tutan 12 fevral 2018-ci il tarixli qərarın yerinə yetirməsinin qanunsuz olmasının tanınması xahişi ilə müraciət etmişdi. Ali Məhkəmə əvvəlki məhkəmə instansiyalarının qərarlarını qüvvədə saxlayıb və iddiaçının müraciətini təmin etməyib.

Mətbuat xidmətinin məlumatında bildirilib ki, noyabrın 19-da çıxarılan qərar qəbul olunduğu andan qüvvəyə minir, qətidir və ondan şikayət verilə bilməz.

Xatırladaq ki, mayın 19-da Odessa vilayəti administrasiyasının keçmiş başçısı Mixeil Saakaşvili Ukraynaya qayıdıb. Bundan başqa, Prezident Vladimir Zelenski onun Ukrayna vətəndaşlığını bərpa edib və özünün sələfi Pyotr Poroşenkonun müvafiq fərmanını ləğv edib. Eyni zamanda, hərbi prokurorluq da bəyan edib ki, Mixail Saakaşvilinin 2018-ci ilin fevralında deportasiyası üzrə təhqiqat aparır(azərtac).

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar