Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyaya sevgini və heyranlğı artırmağa çalışırlar” - Millət vəkili

Son dövrlərdə Rusiya amilinin bəzi qüvvələr tərəfindən qabardılması diqqət çəkir. Burada Rusiyada çalışan üç milyona yaxın insanın da təsiri var...

“O dövrdə də indi də qonşularımız təhlükə olaraq qalırlar. Rusiya da təhlükə olaraq qalır və çox ciddi şəkildə Azərbaycanın daxilində Rusiyaya sevgini və heyranlğı artırmağa çalışırlar”.

Bunu 28 May Azərbaycan Xalq Cümhuriyyətinin elan edlməsinin tarixi əhəmiyyəti və ondan çıxarılmalı olan ibrət dərsləri barədə Moderator.az-a açıqlama verən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, AXC-nin varisi kimi bugünkü müstəqil Azərbaycanın da başının üstündə qara buludlar daim qalır. Xüsusilə son dövrlərdə Rusiya amilinin bəzi qüvvələr tərəfindən qabardılması diqqət çəkir. Burada Rusiyada çalışan üç milyona yaxın insanın da təsiri var:

“Eləcə də Azərbaycanda rusdilli məktəblərin sayını artırılması və sair amillər, əslində bunların hamısı müstəqilliyimizə təhlükə yaradır. İran da daxilindəki Azərbaycan türklərinini bu müstəqillik ideyalarından uzaqlaşdırmaq məqsədilə daim Azərbaycanın zəifləməsinə çalışır.

Bütün bu qüvvələr Ermənistanı məhz o maqsədlə müdafiə edirlər ki, Azərbaycan türkləri güclənə bilməsin. Bunlar ortada ikən ölkə içində milli birliyin olmaması, siyasi partiyalar arasındakı düşmənçilik həddində olan münaqişələr, mübahisələr, qanununların kifayət qədər işləməməsi, qanunun aliliyinin təmin edilməməsi hakimiyyətlə xalq arasında və siyasi partiyalar arasında ziddiyyətlər, bunların hamısı o vaxt da o dövlətin yaşamasına mane olub, indi də mane ola bilər”.

Sabir Rüstəmxanlı əlavə edib ki, indi hakimiyyətlə müxalifət partiyaları arasında müəyyən dialoqlar gedir, amma bu, genişləndirilməlidir:

“Ölkədə vətəndaş cəmiyyəti gücləndirilməlidir, milli birlik istiqamətində təbliğat aparılmalıdır, bundan başqa tarixə, keçmişimizə hörmət gücləndirilməlidir.

O iki illik dövr elə təbliğ olunmalıdır ki, bu tarix xalqın gözündə bir ideal kimi yaşasın. Təəssüf ki, bunların hamısı yetərincə nəzərə alınmır”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar