Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya qanunsuz yollarla 200 kq geyim keçirmək istəyən azərbaycanlılar saxlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo hava limanında iki Azərbaycan vətəndaşı saxlanılıb.

İstanbuldan gələn azərbaycanlılar Türkiyə istehsalı olan 200 kq-dan çox xəz geyimləri, ayaqqabı və digər paltarları öz üzərlərində, eləcə də baqajlarında qanunsuz yollarla gömrük sərhədindən Rusiyaya keçirməyə cəhd ediblər.

Onlar gömrük nəzarəti zonasına daxil olarkən, müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədikləri halda, “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə öz niyyətlərini reallaşdırmaq istəyiblər. Lakin gömrük baxışı zamanı Azərbaycan vətəndaşlarına məxsus çantalarda ​bəyan edilməyən xəz geyimləri, kişi və qadın geyimləri, ayaqqabılar, müxtəlif ölçülü papaqlar aşkarlanıb.

Ümumilikdə, həmyerlilərimiz 465 adda geyim əşyasını bəyannaməsiz Rusiya gömrüyündən keçirməyə çalışıblar. Saxlanılanların sözlərinə görə, bütün geyim əşyaları Sankt-Peterburqdakı dostlarına hədiyyə olaraq alınıb.(TASS)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar