Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya problem yaratmaq və Ukraynanı qurban vermək arasında qalan NATO...

Rusiya ölkənin bir hissəsini zəbt etsə, infrastrukturu çökdürsə və ya rejimə son qoysa, Qərb sanksiyalarının Ukraynaya nə faydası olacaq?..

Hasan Ebu Talib
“Şarkul Avsat” qəzeti, 25 yanvar 2022-ci il

ABŞAvropanın Rusiyaya qarşı xəbərdarlıqları səngimir, hətta intensivliyi və şiddəti artır. Guya onlar Moskvaya heç bir hərbi əməliyyata girməmək barədə xəbərdarlıq edir, amma mahiyyət etibarı ilə rusları idarəolunmaz bir macəraya sövq edirlər. NATO-nun mövqelərinə və Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarına meydan oxunur.

Moskvanın Avropa təhlükəsizliyinin yenidən qurulması tələbləri nəzərdən keçirilmədən rədd edildi. Siyasi həll yolu ilə bağlı söhbətlər baş alıb gedir. Qərb, xüsusən də Amerika silahları, Britaniya hərbi təlimçiləri NATOABŞ üçün qaçılmaz görünən Rusiyanın işğalına qarşı kömək etmək üçün Ukraynaya axışırlar.

Rusiyanın Ukraynanı işğal etmək niyyətini inkar etməsi nə NATO-nun, nə də Vaşinqtonun qulağına gəlib çatır. ABŞ-dan sonra dünyanın ən güclü ikinci ordusuna sahib olan Rusiya ilə onun əsgərləri, texnikası və silah sistemləri arasında böyük fərq olmasına baxmayaraq, Ukrayna, sanki, piknik edəcəkmiş kimi müharibəyə hazır görünür. Ukraynanın daxili vəziyyəti həm administrasiyanın səriştəsizliyi və beynəlxalq hesabatlara görə korrupsiyanın yüksək səviyyəsi, həm də cəmiyyətin Rusiya ilə möhkəm münasibətləri dəstəkləyənlər, Rusiyaya nifrət edənlər və ABŞ-la Avropanın qorunması üzərində qumar oynayanlar arasında bölünməsi baxımından boşluqlar və pozuntularla doludur. Bundan əlavə, Moskvanın qucağına qayıtmağın tərəfdarı olan bir rus azlığı da var. Donbas bölgəsində baş verən hadisələr istənilən yerli gücə müasir silahlarla, çoxlu sayda əsgər və texnika ilə silahlanmış rəqibə qarşı böyük döyüşlə üzləşməyə imkan verməyən bir vətəndaş müharibəsidir.

NATO-nun istədiyi yerdə genişlənmək hüququ və Ukrayna, Gürcüstan və digərlərinin NATO-ya üzv olmaq üçün suveren hüquqları ilə bağlı arqumentlər hüquqi və tarixi boşluqlarla doludur. Amma yenə də bunlar Amerika və Avropa ritorikasının ətrafında dönən əsas elementlərdir. Suverenlik, şübhəsiz ki, bütöv bir xalqın taleyini odlu uçurumun astanasına gətirmək demək deyil. Həmçinin, Qərbin, o cümlədən mahiyyətcə hərbi təşkilat olan NATO-nun mümkün dəstəyi və ağır sanksiyaların tətbiqi oyunun qaydalarını tamamilə dəyişə biləcək strateji silahlar deyil. Əsl sual budur: Rusiya torpaqların bir hissəsini zəbt etsə, infrastrukturu çökdürsə və ya rejimə son qoysa, bu sanksiyaların Ukraynaya nə faydası olacaq?

İndi prezident Putinin tabeliyində olan Rusiya ən azı hərbi cəhətdən Sovet İttifaqının dağılmasından sonrakı vəziyyətdə deyil. ABŞ, Çin və hər hansı inkişaf etməkdə olan güclə birlikdə bir çox qlobal və beynəlxalq nöqtələrdə sistemin ən yüksək nöqtəsində böyük bir güc kimi mövqeyini möhkəmləndirməyə çalışdığı üçün qlobal aktivlik onun hərbi qüvvəsini də müşayiət edir.

Rusiyanın iqtisadi vəziyyətini bütövlükdə Qərbin vəziyyəti ilə müqayisə etmək olmaz. Amma bu, 1980-ci illərin sonunda məhv olmuş keçmiş Sovet İttifaqının iqtisadiyyatının vəziyyətindən qat-qat yaxşıdır. Xarici borcu yoxdur. Böyük təbii qaz, neft, buğda və elektrik enerjisi ehtiyatlarına, inkişaf etmiş kommunikasiya infrastrukturuna, qatarlar, alüminium və dəmir zavodları kimi ağır sənaye sahələrinə malikdir. Onun büdcəsi mühafizəkar, lakin balanslıdır. ABŞ iqtisadçılarının fikrincə, bu, Qərbin sanksiyalarına tab gətirə biləcək bir büdcədir. Rusiyanın neft və qaz sənayesinə qarşı hər hansı bir sanksiya ironik olaraq təbii qaza olan tələbatının 35%-nin Ukrayna üzərindən Rusiya idxalından asılı olan avropalılara zərər verəcək. Hər hansı bir müharibə baş versə və Qərbin sanksiyaları tətbiq edilsə, avropalılar bu sanksiyalara görə ən azı Rusiya qədər ağır bədəl ödəyəcəklər.

Moskva rəhbərliyinin nöqteyi-nəzərindən Rusiyanın təhlükəsizlik dilemması aydındır. Bu gün dünyanın ən böyük hərbi təşkilatı olan NATO ona qoşularsa, Ukrayna ilə ümumi sərhədi 1300 km olan Rusiya ərazisinə yaxınlaşması hər mənada boşa çıxan təhlükəsizlik deməkdir. Xüsusən də Ukrayna ərazisində strateji silahlar yerləşdirilərsə. Çünki belə olan halda, sözügedən silahlar Rusiyanın hazırlığı səviyyəsindən artıq bir müddət ərzində Rusiya ərazisinin dərinliklərini vura bilərlər.

NATO-nun qucağında olan bir Ukrayna Moskvanın qırmızı xəttidir

Amma NATO məsələyə Rusiyanın təhlükəsizliyi baxımından deyil, bir vaxtlar olan şərqə doğru genişlənmək, Rusiyaya təzyiq göstərmək, mühasirəyə almaq, onun əzəmətini və nüfuzunu azaltmaq məqsədilə bir vaxtlar Sovet İttifaqına tabe olan ölkələri özünə çəkmək prizmasından baxır. Bütün bunlar nə qədər sərt və geniş olsa da, ölkənin təhlükəsizliyinin qorunmasını, sanksiyalara məruz qalmaqdan üstün tutur. Digər tərəfdən, onlar regional çərçivədə başlaya bilən və Qərbin mümkün müdaxilələrini cəlb etmək üçün tədricən də olsa genişlənə bilən dünya müharibəsi üçün reseptdir. Əgər Qərbin müdaxiləsi baş verərsə, bu vəziyyətin daha da gərginləşməsinə, Ukraynadan kənara, Avropaya və onun hüdudlarından kənara da yayılacaq.

Amerika və Avropa strateqlərin bu məsələ ilə bağlı müxtəlif ssenariləri var. Bunlardan biri Rusiyanın bütün Ukraynanı deyil, bir qismini işğal edəcəyini düşünür. Buna əsasən, rus işğalının şərqdə ölkənin bölünməsini dəstəkləməsi və NATO-nun genişlənməsinə mane olacaq bir dövlət və ya quruluşun yaranmasına yol aça bilər. Bu vəziyyət bütün torpaqlarını itirəcək olan Ukraynada geri qalanların yaşadığı çətinlikləri artıracaq və nəzarət edilə bilməyən geosiyasi problemlərlə dolu bir ölkə olacağı üçün NATO üzvlüyünü əldə etməsinə də mane olacaq.

İkinci ssenari Rusiyanın Ukrayna ərazisindən kənarda hər hansı işğala cəhd etməməsi, əksinə, milli təhlükəsizlik problemləri ilə üzləşən digər ölkələrə nümunə olmaq üçün Ukrayna administrasiyasının hərbi potensialına və infrastrukturuna təsirli hücumlar həyata keçirməklə kifayətlənməsinə əsaslanır. Üçüncü ssenariyə gəlincə isə Rusiyanın milli təhlükəsizlik tələblərini nəzərə alan beynəlxalq sənədləşdirilmiş və yazılı təhlükəsizlik zəmanətləri əldə etmək üçün böhrandan NATOABŞ ilə danışıqlar aparmaq üçün istifadə etməsidir. Bu danışıqlar hazırda tətbiq olunan “uçurumun astanasında” üsulu ilə aparılacaq. Bu üsul birbaşa müharibə təhlükəsi və ya indiki vəziyyətdə olduğu kimi, müxtəlif silahlarla təchiz edilmiş çoxlu sayda əsgərin sərhəddə yerləşdirilməsi kimi intensiv səfərbərliklərə əsaslanır. Beləliklə, qarşı tərəfdə olan Qərb əmindir ki, müharibə başlayacaq və bu, Moskvaya lazımi güzəştlərə getməyə imkan verəcək.

Beləliklə, üç ssenari Qərb tərəfinin böhranla bağlı tərəddüdünü və Putinin necə davranacağına dair qeyri-müəyyənliyini əks etdirir. Amma bu, həm də onun ən azı nəzəri cəhətdən bir sıra mümkün variantlara hazır olduğunu əks etdirir. Qətiyyətli hərəkət edərək Rusiyanın mövqeyi istər qismən, istərsə də hərtərəfli şəkildə diqqət mərkəzində qalır. Qərb ssenarilərinin digər üzünün başlanğıc nöqtəsi 1980-ci illərdə Əfqanıstanda Sovet İttifaqı ilə baş verənlərə bənzər bir macəra ilə Rusiyanı bəlaya düçar etmək üçün Ukraynanın qurban verilə biləcəyi ehtimalıdır. Daha sonra prezident Putinin izah etdiyi kimi, Əfqanıstan macərası tarixin ən böyük geosiyasi dəyişikliklərindən biri kimi Sovet İttifaqının dağılmasına səbəb olan faktorlardan biri idi. Qərb üçün Ukrayna öz suverenliyindən və ya ərazi bütövlüyündən kənar məqsədlər üçün istifadə olunan alətdən başqa bir şey deyil. Əfqanıstana bənzər macəra ilə Rusiyanı problemə salmaq çətin görünür. Rusiyalı analitiklər keçmişdə baş verənlərlə bu gün baş verə biləcəklər arasında böyük fərq qoyur və bunun bədəlini hamının ödəyəcəyini deyirlər. Onların və rasional dünyanın fikrincə, Moskvanın tələblərini nəzərə almaq daha doğrudur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar