Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Rusiyaya məxsus kreyserdə baş verən yanğında xəsarət alanların sayı artıb

Rusiyanın yeganə aviasiya daşıyan kreyserində baş verən yanğında xəsarət alanların sayı artıb...

Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş vermiş yanğında xəsarət alanların sayı artıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yanğında xəsarət alanların sayı 12-yə çatıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə nəticəsində isə 3 nəfər itkin düşüb.

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyseri Murmanskda təmirə dayanıb.

Qeyd edək ki, “Admiral Kuznetsov” Rusiyanın yeganə aviasiya daşıyan kreyseridir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Rusiya

Şərh yazın.


loading...

Ən çox oxunanalar