Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın yarı erməni əsilli yeni baş naziri – Mixail Mişustin kimdir?

Vladimir Putinin gözlənilmədən hökuməti dəyişməsi bütün dünya KİV-lərinin əsas gündəm mövzularından birinə çevrilib...

“AzPolitika.info” xəbər verir ki, xarici mətbuatda Rusiya hökumətinin istefaya getməsinin səbəbləri, Putinin planları ilə yanaşı yeni baş nazirin kimliyi ətrafında da müzaklirələr açılıb.

Məlum olduğu kimi, Putin uzun illər çiyin-çiyinə çalışdığı və onun hakimiyyətdə qalması üçün apardığı “əl dəyişmə əməliyyatlarının” əsas fiquru olan Dmitri Medvedevin istefasını qəbul edəndən dərhal sonra baş nazir postuna 2010-cu ildən Rusiya Federal Vergi Xidmətinin (FVX) rəisi vəzifəsini daşıyan Mixail Mişustinin namizədliyini irəli sürüb. Onun namizədliyinin təsdiqlənəcyi isə heç bir şübhə doğurmur – Putinin təklifinə kim “yox” deyə bilər ki?

Əksər xarici KİV-lər Mixail Mişustini “nəzərə çarpmayan texniki fiqur” adlandırsalar da, Mişustin Rusiyanın hakimiyyət elitasında kifayət qədər tanınan və heç də birmənalı münasibət bəslənməyən şəxsdir. Belə ki, çoxları onun karyera irəliləyişində peşəkar keyfiyyətlərindən daha çox şəxsi münasibətlərin rol aldığı qənaətindədirlər.

1966-cı ildə Moskvada anadan olan M.Mişustin 1989-cu ildə ali məktəbi sistem mühəndisliyi ixtisası üzrə başa vurub. Maraqlıdır ki, rəsmi mənbələrdə onun valideynlərinin kimliyi ilə bağlı hər hansı geniş məlumata rast gəlinmir. Rusiyanın müstəqil KİV-ləri isə hələ 2010-cu ildə FVX-nin rəisi təyin olunanda onun yarı erməni əsilli olduğunu yazırdılar. Belə ki, Mişustinin anasının erməni olduğu bildirilirdi. Sonradan bu məlumat əksər KİV-lər tərəfindən tirajlandı və təkzib olunmadı.


Elə Mişustinin karyerasındakı ilk addımlar da məhz ermənilərlə bağlıdır. Belə ki, onu ilk olaraq, Moskvada kompyuter texnologiyaları ilə məşğul olan bir şirkətin rəhbəri olan erməni iş adamı Levon Amdilyan öz yanına “çəkib”. Rusiya KİV-ləri bu məsələdə Mişustinin erməni köklərinin həlledici rol oynadığını bildirirlər. Getdikcə həmin şirkətdə yüksələn Mişustin, şirkət sahibinin əlaqələri hesabına hələ 1998-ci ildə FVX-nin o vaxtkı rəhbəri Boris Fyodorovla tanış olur. Fyodorov qısa müddət sonra onu öz köməkçisi, daha sonra isə müavini təyin edir və vergi xidmətinin fəaliyyətinin elektronlaşması, yeni kompyuterlərlə təminatı ona tapşırılır. Müstəqil KİV-lər Mişustinin imkanlarının həmin vaxt vergi xidmətinə 100 milyon və 160 milyon ABŞ dolları dəyərində kompyuterlər alınması adı ilə Dünya Bankından kredit götürəndən sonra xeyli artdığını, Moskvanın ən bahalı ərazilərində mal-mülk sahibinə çevrildiyini və s. yazırlar. O da qeyd olunmalıdır ki, Fyodorovdan sonra qısa müddətdə vergi idarəsində bir neçə rəis dəyişməsinə baxmayaraq, qəribə də olsa, onların heç biri Mişustinə toxunmayıb.

Maraqlıdır ki, müstəqil mətbuat Mişustini hələ FVX-nin rəis müavini postunda ikən Rusiyada ƏDV-nin dövlət büdcəsi hesabına “silinməsi” maxinasiyalarının əsas himayədarı kimi qələmə verib. Belə ki, bəzi KİV-lər bu maxinasiyaların məşhur təşkilatçıları və icraçıları sayılan Aleksandr Karmanov və Aleksandr Udodov adlı iş adamlarının başlıca “krışası” kimi məhz Mişustini göstərirlər. Həmin illərdə böyük səs-küyə səbəb olan bu maxinasiyalar sonradan qismən dayandırılsa da, onların icraçılarına qarşı aparılan araşdırmalar heç bir nəticə vermədi. Udodov isə hələ də Mişustinin ən yaxın adamı olaraq qalmaqdadır...

2004-cü ildə Rusiya hökumətinin dəyişdirilməsindən sonra yeni vergilər naziri Anatoli Serdyukov dərhal Mişustinlə yollarını ayırır. Lakin həmin vaxt İqtisadi İnkişaf naziri postunu tutan Qerman Qrefin köməyilə o, Rusiya Əmlak Agentliyinə rəhbər təyin olunur. Bundan sonra Mişustinin əsas himayədarı da məhz Q.Qref olur. Bu vəzifə Mişustinin əvvəlki postundan heç də geri qalmır və o, mətbuatda yenə ciddi maxinasiyalarda ittiham olunur.

2006-cı ilin dekabrında Mişustin yenə Qrefin təklifilə Xüsusi İqtisadi Zonalar üzrə Agentliyə rəhbər təyin edilir. Bu vəzifədə isə o, həmin vaxt baş nazirin müavini postunu daşıyan, hazırda isə Rusiya Xarici Kəşfiyyat İdarəsinin şefi olan Sergey Narışkinlə yaxınlaşır. Müstəqil Rusiya KİV-ləri xüsusilə də bundan sonra Mişustinin heç də idmançı görkəmi olmamasına rəğmən, buzüstü xokkeyə “meyl etməsini” ironiya ilə qeyd edirlər. Ancaq onun bu “xobbisi” heç də təsadüfi deyilmiş. Çünki Narışkin də daxil olmaqla, Rusiyanın hakim elitasının üzvləri tez-tez öz aralarında xokkey turnirləri təşkil edir. Bu isə növbəti tanışlıq, ölkəni idarə edənlərə yaxınlaşma üçün əla fürsət demək idi...

Qerman Qref

Ancaq 2008-ci ildə Q.Qref nazir postu ilə vidalaşandan sonra Mişustinin kreslosu “yırğalanmağa” başlayır və o, öz ərizəsilə postunu tərk edir. Lakin bir müddət sonra hakimiyyətdəki əlaqələri öz sözünü deyir və o vaxtkı baş nazirin müavini Aleksey Kudrinin təklifilə Mişustin Federal Vergi Xidmətinin rəisi təyin olunur. Bu xəbəri uzaq xarici ölkədə dincələrkən alan Mişustin xüsusi reyslə Rusiyaya uçur. Yeni vəzifəyə təyin olunan kimi, vergi xidmətinin üst idarəçilərinin böyük əksəriyyətini işdən uzaqlaşdıran yeni rəis vaxtilə onunla birgə “ƏDV silinməsi” məsələsində adı hallanan tanışlarını yanına gətirərək, yüksək vəzifələrə təyin edib. Hər halda, müstəqil Rusiya KİV-ləri onun kadr siyasətini sərt tənqid ediblər və hətta onun regonal və rayon vergi xidmətlərinin rəisləri postlarını belə 3 milyon ABŞ dollarından başlayan qiymətlərə “satdığını” iddia edirlər. Əlbəttə ki, bütün bu məlumatları nə təsdiq, nə də təkzib etmək imkanımız olmasa da, hər halda Mişustinin heç də sadə texnokrat məmur olmadığı açıq-aşkar görünür.


Onu da qeyd edək ki, yeni baş nazirlə bağlı ən çox sevinərək xəbər və şərhlər verən “RT” kanalının baş redaktoru, Kremlin əsas təbliğatçılarından sayılan Marqarita Simonyan olub. Onun sevincini başa düşmək olar. Artıq erməni əsilli Xarici İşlər nazirindən sonra Rusiyanın baş nazirinin də erməni kökləri var. Bu fakt ermənilərin onsuz da nüfuz etdikləri Rusiya hakimiyyətindəki mövqelərini daha da gücləndirmiş olur. Kimlərsə Rusiyada əsas söz sahibinin prezident olduğunu bildirərək, bu təyinatın bizim üçün o qədər də əhəmiyyət kəsb etmədiyini iddia edə bilərlər. Ancaq təəssüf ki, Rusiya prezidentin özünün də Azərbaycanın xeyrinə sayıla biləcək hər hansı addımının şahidi olmuruq. Əvəzində, müşahidə etdiyimiz mənzərə onu göstərir ki, Rusiyanın istər daxili və xarici, istərsə də kadr siyasəti qətiyyən Azərbaycan üçün yaxşı heç nə vəd etmir...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar