Çərşənbə axşamı, 19 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Rusiyanın tör-töküntüsüdür, babası da eyni qələti edirdi” - Sərdar Cəlaloğlu Musabəyovu “yıxıb-sürüdü”

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib. Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb olub. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.

PİA.az xəbər verir ki, bununla bağlı Konkret.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Rasim Musabəyov uzun müddətdir parlamentdə qeyri-qanuni təmsil olunur. Onlar ailəlikcə ruspərəst insanlardır. Azərbaycan dilində ağzını əyə-əyə danışır. Rasim Musabəyov deputat kimi prezidentin mövqeyinə 180 dərəcə əks mövqe orta qoyur. Xatırlayırsınızsa, cənab Prezident qeyd etdi ki, üçüncü dövlət münaqişəyə müdaxilə edərsə, Türkiyə də edəcək. Türkiyə həmişə bizim yanımızdadır. Rasim Musabəyov isə prezidentin mövqeyinə əks mövqe ortaya qoyur. Milli Məclis Rasim Musabəyov haqqında tədbir görməlidir. Ondan öncə Polad Bülbüloğlu, Qüdrət Həsənquliyev və digərləri prezidentin mövqeyinə əks fikirlər səsləndiriblər”.

Partiya sədri qeyd edir ki, dövlət başçısının fikirləri bir qıraqda qalır, deputatlar xalqlarımızın və dövlətlərimizin arasında münasibətləri pozmağa çalışır:

“Qarabağ müharibəsinin qələbə ilə nəticələnməsi 50 faiz Azərbaycan xalqının şücaəti, qəhrəmanlığının nəticəsində oldusa, 50 faizi də türk diplomatiyasının və silahının hesabına oldu. Türkiyə necə ola bilər ki, əməyi olan və azad edilən torpaqlarımıza gəlməsin? Nəyə görə Rusiya gəlməlidir, Türkiyə yox? Ümumiyyətlə, Rasim Musabəyovun mandatı əlindən alınmalıdır. Bu cür adamlar Milli Məclisdən təmizlənməlidir. Onların hər biri Rusiyanın tör-töküntüləridir. Onlar ölkə başçısının mövqeyinin əleyhinə çıxaraq dövlətlərarası münasibəti pozmaq istəyirlər. Rasim Musabəyovun babası zamanında çalışırdı ki, demokratik cumhuriyyət ləğv edilsin və yenidən Azərbaycan işğal olunsun. Nəvəsi də eyni qələti edir. Onlar haqqında ciddi tədbirlər görülməlidir. Çünki Rasim Musabəyovun səsləndirdiyi fikirlər çox ciddi siyasi səhvdir. Dövlətimizin seçdiyi strateji xəttə ziddir. Bu fikir Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyirinə həll edilməsinin əleyhinə yönəlmiş fikirdir. Türkiyə Dağlıq Qarabağa gəlməsə, orada bütün proseslər Azərbaycan əhalisinin əleyhinə inkişaf edəcək. Rasim Musabəyovun bu fikiri xalqın və dövlətin əleyhinədir”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Lavrov Laçın dəhlizi barəsində dedikləri ilə...” - Bugünkü çıxışa reaksiya olmasa...

Əli Həsənov Vüqar Səfərlinin həbsindən danışdı

Diplomatiyamızın “topal generalları”... - Onların haralara və nəyə xidmət etdiklərini anlamaq asan deyil

Əli Həsənovun Azərbaycana gətirilməsini həyat yoldaşı təkzib etmədi

“Bağlı qapılar arxasında qurulan planlar...” - Ərdoğandan şok Qarabağ açıqlaması

Rəşid Mahmudovdan açıqlama: “O dünyadan danışıram“

Rusiya Türkiyəni Cənubi Qafqaza buraxmamaqda israr edir - Bəs ikili arasında yaranan soyuqluğun tək səbəbi Qarabağdır?

“Yenə yalan danışırsan!” - Azərbaycanlı deputatdan Lavrova sərt cavab

Murov dağının altından Kəlbəcərə tunel çəkilir - Rəsmi

Rəşid Mahmudovun xəstəxanadan fotosu yayıldı - Foto

Demoqrafik kollaps: Erməni əhali hara gedir və niyə?

loading...

Ən çox oxunanalar