Bazar, 22 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyanın məşhur səyahət verilişi budəfəki buraxılışını Azərbaycana həsr edib

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Непутевые заметки” verilişinin bu dəfəki buraxılışında Bakı və “Şahdağ” Turizm Mərkəzi haqqında geniş məlumat verilib.

Bu barədə PİA.az Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir.

Azərbaycan Turizm Bürosunun dəstəyi ilə hazırlanan verilişdə paytaxtın möhtəşəm memarlığı, özünəməxsus gözəlliyi, yeni il ərəfəsində mərkəzi Nizami küçəsində təşkil olunan xeyriyyə yarmarkası və paytaxt sakinlərinin qonaqpərvərliyindən bəhs olunub.

Verilişdə, həmçinin “Şahdağ” Turizm Mərkəzi, burada turistlərə təklif olunan xizəksürmə, dağda gəzinti, paraplan uçuşları və s. kimi əyləncə növləri, hotellər, eləcə də yaxınlıqda yerləşən və təbiəti ilə turistlərin diqqətini cəlb edən Ləzə kəndi və sakinləri haqqında ətraflı məlumat verilib.

1996-cı ildən Rusiyanın müxtəlif televiziya kanallarında Dmitriy Krılovun aparıcılığı ilə yayımlanan verilişdə bütövlükdə ölkənin zəngin mədəniyyət və tarixə malik olduğu, səyahət edənlərin unudulmaz təəssüratlarla geri döndüyü xüsusi vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Deputat: “Sizcə, mənim oğlum, ya qızım müxalifətçi ola bilərmi?”

Avropanın “sanksiya fırıldağı”: Almaniya və İtaliya Rusiyadan qaz almaq üçün rublla hesablar açmağa icazə verdi

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdama səfəri başlayıb - Yenilənib

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib - Yenilənib

Gənclər və İdman Nazirliyində qanunsuzluqlar aşkarlandı

Səlim Müslümov müalicə müəssisəsinə köçürüldü

Ölkəni bürüyən “Poz Qazan” fırtınası... - Küçə qumarı dövlət səviyyəsində niyə kimlərinsə monopoliyasına verilir?

Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq? — Səfər Mehdiyev sahibkarları Prezidentə qarşı çevirir - Video

Ən çox oxunanalar