Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın “məşhur günü” raketi saxtadır! – Putin öz blefinə dünyanı inandıra bilmədi

Rusiyanın şimalında 8 avqust tarixində 2011-ci ildə Fukisimo atom stansiyasındakı qəzadan sonra radiasiyanın ən güclü səviyyədə yayılması hadisəsi qeydə alınıb. Deyilənə görə, bu, birbaşa “9M730 “Burevestnik” (NATO kodlaşmasına görə SSC-X-9 Skyfall) qanadlı raketi ilə bağlıdır

Partlayışla əlaqədar irəli sürülən hipoteza öz təsdiqini 20 avqustda tapdı. Həmin gün Putinin mətbuar xidmətinin rəhbəri Dimitri Peskov xəbər verib ki, partlayış Rusiyanın nüvə qurğusu ilə işləyən yeni raketinin sınaqdan çıxarılması zamanı baş verib.

Lakin heç də hamı partlayışın yeni raketin uğursuz sınağı nəticəsində baş verməsinə inanmır. Arlinqtondakı hərbi-dəniz analiz mərkəzinin Rusiya üzrə eksperti Maykl Kofman hesab edir ki, bu, hərbi məqsədli nüvə reaktorunun sınağı olsa da, söhbətin məhz “Burevestnik”dən getməsi haqqında birmənalı qərar çıxarmaq üçün kifayət edəcək məlumat yoxdur.

M.Kofman deyib: “Rusiyada nüvə texnologiyası ilə bağlı eyni anda bir neçə layihə reallaşdırılır. Bu başqa silahın hansısa digər komponentinin sınağı ola bilər”.

Amma partlayışın hansı səbəbdən meydana gəlməsindən asılı olmayaraq, ekspertlər “Burevestnik” layihəsinin həyata keçirilməsi üçün Moskvanın əlində kifayət qədər pul və texnologiyanın olmasına şübhəylə yanaşırlar.
Strateji və beynəlxalq təhqiqatlar mərkəzinin Raket Əleyhinə Müdafiə (RƏM) layihəsinin direktor müavini Yen Uilyams Moskvanın “Burevestnik” raketini istehsal edə biləcyinə şübhə edir. Moskvanın iddia etdiyinə görə, nüvə qurğulu bu qanadlı raket ABŞ RƏM sistemlərindən yan keçərək bir neçə gün və hətta bir neçə ay ərzində Yer ətrafında dövrə vura bilər.

2018-ci ilin martında Federal Məclisə müraciəti zamanı Putin beynəlxalq ictimaiyyəti şoka salan bəyanatla çıxış etmişdi. O, çıxışı zamanı nüvə döyüş başlığı daşıyan bir neçə yeni nəsil silah sistemləri barəsində söz salmışdı. Putin deyirdi ki, yeni silahlar Amerikanın RƏM sistemlərini işə yaramayan komplekslərə çevirəcək.

Putin nüvə enerjisi qurğusuna malik torpedo və həmçinin də səs sürətini dəfələrlə aşan hipersəs silahlar barəsində danışmışdı. Bütün bu silahların ümumi bir xüsusiyyəti var: onlar Amerikanın RƏM sistemləri üçün əlçatmazdır. Əlbəttə ki, bu öz-özlüyündə Putinin məhz nədən qorxduğuna bir işarədir.

Artıq uzun müddətdir ki, Putin Rusiyanın əvvəlki möhtəşəm dövrünü və beynəlxalq arenadakı statusunu bərpa etməyə söz verir. Öz ixtiyarında kifayət qədər pul, insan resursu və diplomatik təsir imkanları olmadığı üçün, Rusiya nüvə silahına söykənmək məcburiyyətindədir. Belə ki, Rusiyanın fövqəldövlət konsepsiyasında nüvə silahı mühüm rol oynayır.

Rusiyanın yeni raketləri barəsində qısa məlumat:

- “Burevestnik”

2018-ci ildə Putin demişdi ki, “Burevestnik” Amerikanın “Tomaqavk” raketi kimi aşağı hündürlükdən uçan və kiçik nüvə mühərriki ilə təchiz olunmuş raketdir. Raketin uçuş məsafəsinin məhdudiyyəti yoxdur və o, istənilən trayektoriya üzrə uça bilər.

1960-cı illərdə ABŞ “SLAM” adı verilən bu cür silahlar yaratmağa cəhd göstərib. Lakin ümumi yekunda həmin layihədən imtina olunub. Çünki bu silahın sınaqdan çıxarılması ilə bağlı meydana gələn problem onu qeyri-real edib.

- “Sarmat”

“PC-28 Sarmat” (NATO kodlaşmasına görə “SS-X-30 Satan II”) 11 min kilometr uçuş məsafəsi olan 200 tonluq Qitələrarası Ballistik Raketdir və o, “P-36M Voyevoda”-nı əvəzləməlidir. Putin bildirir ki, Amerikanın RƏM sistemlərinin onu yaxalaması mümkünsüzdür.

- Avanqard”

Bu uşuş aparatı nüvə başlığı daşımaq qabiliyyətinə malikdir və səsdən beş dəfə iti uçur. Putinin sözlərinə görə, bu raket odlu meteorit kimi sürətlə öz hədəfinin üzərinə gedir.

- “Poseydon”

Bu ilin fevralında Rusiya mətbuatında “Poseydon” pilotsuz sualtı aparatının video görüntüləri yayılmışdı. Bildirilir ki, bu aparat münatür nüvə reaktoruyla işləyir və gövdəsində nüvə başlıqları daşımaq qabiliyyətinə malikdir.

Lakin Putin ilk dəfə bu aparat barəsində 2018-ci ildə Federal Məclisə müraciəti zamanı danışıb. O, bəyan etmişdi ki, ”Poseydon” çox böyük dərinliklərə dalacaq və mövcud sualtı qayıqlardan dəfələrlə sürətli hərəkət edəcək.

- “Kinjal”

Putin həmçinin səsdən iti uçan və nüvə başlığı daşıyan “Kinjal” ballistik raketini təqdim etmişdi. Bombardmaçı və qırıcı təyyarələrdən buraxıla bilən bu raketlərin 2 min kilometrlik uçuş məsafəsi var və onlar Amerikan Raket Əleyhinə Müdafiə sistemlərindən yan keçə bilər. Bəzi məlumatlara görə, “Kinjal” raketi hələ 2017-ci ilin dekabrından silahlı qüvvələrin döyüş cərgəsinə verilib. (“Foreign Policy”-ABŞ)

“AzPolitika”nın əlavəsi: Mütəxəssislər çox yaxşı bilirlər ki, Rusiyanın son dövrlərdəki serial kimi gələn raket nümayişləri sadəcə şoudur. Bu raketlərin mövcudluğu video simulyasıyadan o tərəfə getmir. Çünki “Burevestnik” kimi silahın hazırlanmsı üçün hələ elm elə bir həddə gəlib çıxmayıb.

Digər silahlara gəldikdə isə, məsələn, hipersəslə uçan aparatlar hələ 1960-cı illərdə ABŞ-da sınaqdan çıxarlıb və onlar yalnız çox qısa məsafələr qət ediblər. Hipersəs, səsin havadakı sürətindən 5 dəfə iti sürətdir və təxminən saatda 6 min kilometrə çatır. Qitələrarası Ballistik Raketlər nəzərdə tutulmuş hədəfə doğru düz trayektoriya üzrə uçurlar və Raket Əleyhinə Müdafiə sistemlərinin onları yaxalaması və vurması çətin deyil. Amma iş ondadır ki, ruslar deyirlər ki, onların raketləri atmosferdə manevr edərək uçur və buna görə də, onun hədəfə gedən yolunu müəyyən etmək mümkünsüzdür. Bunu isə simulyativ filmlərlə sübut etməyə çalışırlar.

İndi önümüzə sual çıxır: Necə olur ki, dünyanın elmi, texnoloji və maliyyə mərkəzi ABŞ bu cür raketləri istehsal edə bilmir, ondan dəfələrlə geridə qalan Rusiya müxtəlif növ super silahları konveyr üsulu ilə ərsəyə gətirir? Hələ unutmayaq ki, SSRİ dağılandan sonra ölkənin nüvə və raket fizikası üzrə yüksək səviyyəli mütəxəssiləri ABŞ-ın “Livermor”, ”Sandi”, ”Berkli” kimi milli lobaratoriyalarında işləməyə gediblər. Məsələn, Rusiyadan çıxmış Andrey Geym və Konstantin Novoselov kimi Nobel mükafatlı fiziklər hazırda Böyük Britaniyda işləyirlər.

pia.az

 


Etiket: Rusiya Raket

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar