Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın iki nazirinin Ankaraya səfəri qəfil təxirə salındı - Ərdoğan telefonda Putinə nə deyib?

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun Türkiyəyə bu günə planlaşdırılan səfəri gözlənmədən təxirə salınıb... 

 

Musavat.com “İnterfax”a istinadən xəbər verir ki, səfərin təxirə salınmasının təfərrüatı bilinmir.

Bildirilir ki, görüşün yeni tarixi razılaşdırılır. Yada salaq ki, hər iki nazir regional problemlərlə bağlı məsləhətləşmələr üçün Türkiyəyə səfər edəcəkdilər.

"Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə olunan razılığa əsasən, Sergey LavrovSergey Şoyqunun rəhbərlik etdikləri Rusiya nümayəndə heyəti qarşılıqlı maraqların olduğu regional problemlərlə bağlı məsləhətləşmələr aparmaq üçün iyunun 14-də Türkiyəyə səfər edəcək", - deyə, Rusiya XİN-in məlumatında qeyd olunurdu.

Yada salaq ki, həftənin əvvəlində Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olmuşdu. Əsas müzakirə mövzusunun isə Liviyada vətəndaş müharibəsinin sona çatması və atəşkəsin bərpası olduğu deyilirdi.

Telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin Liviyada atəşkəsin əhəmiyyətinə diqqət çəkib. Ərdoğan isə “Atəşkəsi pozan Sərrac deyil, Həftardı. Həftar da sizdən güc alır” cavabını verib.

Türkiyə mənbələri xəbər verirdi ki, Ərdoğan Putinə Haftarın Liviyada legitim qüvvə olmadığını bildirib.

Məlum olduğu kimi, Liviyada iki qüvvə - general Xəlifə Haftarın başçılıq etdiyi “Liviya Milli Ordusu” (LMO) ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan Fayiz əs-Sərracın lideri olduğu “Milli Razılaşma Hökuməti” (MRH) arasında silahlı qarşıdurma davam edir.

Belə ki, son bir ilə yaxındır, İsrail, Misir, Rusiya, Fransa, və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən general Haftar rəhbərlik etdiyi Milli Ordu BMT üzvü olan bir çox ölkə, o cümlədən ABŞ Türkiyə və Qətər, eyni zamanda bəzi Avropa Birliyi dövlətləri tərəfindən tanınan Milli Razılaşma Hökumətinə qarşı hücumlar həyata keçirirdi.

2019-cu il noyabr ayının 27-də Türkiyə ilə Liviyanın qanuni hökuməti arasında beynəlxalq hüquqa söykənən “Təhlükəsizlik və Hərbi Əməkdaşlıq”, eyni zamanda “Şərqi Aralıq Dənizi Sahələrinin Razılaşdırılması”na dair memorandum imzalanmışdı. Həmin razılaşma, heç şübhəsiz ki, Türkiyə ilə əks cəbhədə duran dövlətlərin və qüvvələrin maraqları ilə daban-dabana ziddiyyət təşkil edirdi. Yəni Ankara ilə Trablusun yaxınlaşmasını istəməyən bəzi qüvvələr, heç şübhəsiz, Türkiyənin mövqeyinin Aralıq dənizinin şərqində güclənəcəyindən ehtiyat etdiklərindən istəyirdilər ki, Ərdoğanla müttəfiqlik edən Sərracı 38 minlik orduya sahib olan Haftarın vasitəsilə devirsinlər, beləliklə də, enerji rəqabətində Türkiyənin mövqeyini zəiflətməklə, həm də Ankaranı Aralıq dənizində sıxışdırsınlar.

Bunu gözəl anlayan Ankara Liviyadakı qanuni hakimiyyəti dəstəkləyərək həm diplomatik, həm strateji uğur qazandı.

Son həftələr isə Haftarın ölkədən qaçması, ağır məğlubiyyətə uğraması barədə xəbərlərin fonunda Türkiyə-Rusiya münasibətlərinin gərginləşəcəyi gözlənilən idi. Rusiyanın bu səbəbdən iki nazirini müzakirələri üçün Ankaraya göndərməsi də gözlənilməz olmadı. Amma belə görünür ki, razılaşdırılmayan çox məsələ olduğundan səfər təxirə salınıb.(musavat.com)

pia.az 


Etiket: Səfər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar