Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın bütün nüvə potensialı üzərində nəzarət yaradılmalıdır” – Mark Esper

Bu fikirləri Mark Esper Senatdakı çıxışında səsləndirib

“Nüvə silahı Rusiyanın aqressiyasını durdurmağın ən yaxşı yoludur. Birləşmiş Ştatlar Strateji hücum silahlarının ixtsar edilməsi haqqında sazişin (2011-ci ildə imzalanıb-red.) müddətinin uzadılması sayəsində Rusiyanın bütün nüvə potensialı üzərində nəzarət yaratmağa çalışır”.

Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, bu fikirləri ABŞ müdafiə naziri postuna yeni təyin olunmuş Mark Esper Senatdakı dinləmələr zamanı çıxışında səsləndirib. O, Konqres tərəfindən təsdiqlənəcəyi təqdirdə görəcəyi işlər barədə yuxarı palatanın üzvləri qarşısında çıxış edib.

Senatorların suallarına verilən yazılı cavabları özündə birləşdirən 117 səhifəlik sənəddə “Rusiya” və “rus” kəlmələrinə 110 dəfə rast gəlinir. Müqayisə üçün M.Esper Çini 74, İranı 33, Şimali Koreyanı isə, cəmi 14 dəfə yada salıb.

Gələcək nazirin fikrincə, Rusiya Afrika və Arktika daxil olmaqla bütün qitələrdə, habelə kiberməkanda və kosmosda Birləşmiş Ştatların strateji düşmənidir. Mark Esper gələcəkdə Rusiyanın seçkilərə qarışmaqla bağlı bütün cəhdlərinə qarşı mübarizə aparacaqlarının, Ukraynaya uzunmüddətli hərbi yardım göstərəcəklərinin anonsunu da verib. Bundan başqa o, Moskva və Pekini amerikan texnologiyalarını oğurlamaqda təqsirləndirib.

Mark Esper Rusiyanın qarşısının alınmasının əsas faktoru olaraq nüvə silahını göstərib: “Mənim fikrimcə, döyüş qabiliyyətli nüvə güclərinin birləşməsi rusları dayandırmağın etməyin ən effektiv yoludur. Bu məsələdə hər hansı şişirtmə olmadan söyləyə bilərəm ki, ABŞNATO-nun yüksək dəqiqliyə, manevr qabiliyyətinə malik hərbi qüvvələri düşmən üçün olduqca qorxulu təsir göstərir” -deyə, o bildirib.

Onun sözlərinə görə, ABŞ Avropadakı müttəfiqləri ilə fəaliyyətini uyğunlaşdıraraq effektli şəkildə Kremlin hücumlarını dəf edə bilər. Məhz buna görə Strateji hücum silahlarının ixtisar edilməsi üzrə tədbirlər haqqında saziş”in müddətinin uzadılmasına nail olunmalıdır.

Mark Esper bu gün Rusiyanın əlindəki 2000 qeyri-strateji nüvə raketindən ibarət aktiv ehtiyatını gəmilərdə, sualtı qayıqlarda və döyüş təyyarələrində, habelə raket əleyhinə müdafiə sistemlərinə yerləşdirə biləcəyindən söhbət açıb. Onun bildirdiyinə görə, Kremlin əlindəki nüvə arsenalının hamısı beynəlxalq hüquqi çərçivədə nəzarət altına alınmalıdır.

Yeni müdafiə naziri Rusiyanın qeyri-strateji nüvə silahlarını ixtisar etmək barədə ABŞ-ın təkilflərini geri çevirdiyini təəssüflə qeyd edib.

Mark Esper ABŞ-ın qüvvəsini dondurduğu Orta və kiçik mənzilli raketlərin ləğvi barədə (1987-ci ildə imzalanıb-red.) sazişə də toxunub. “Əgər Rusiya 2019-cu ilin avqustun 2-nə qədər həmin müqavilə ilə öhdəliklərini icra etməsə, ABŞ yerüstü orta mənzilli raket sistemlərinin hazırlanmasına başlayacaq. Bu anlaşmanın icra edilməməsi müttəfiqlərimizin bizim qərarlılığımıza olan inamını sarsıda bilər” – deyə o, sonda vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar