Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın AŞPA-ya qayıtması ikili standart deyil” – Makron

“Rusiyanın AŞPA-ya qayıtması ikili standart demək deyil. Rusiyanın yenidən geri gəlməsi o deməkdir ki, rus xalqının hüquqlarına hörmət edilir və onlar bu hüquqdan məhrum deyillər”...

Bunu Fransa Prezidenti Emmanuel Makron AŞPA-nın payız sessiyasında çıxışı zamanı deyib.

“Bu qərar ikili standart, ya da hər hansı bir jest demək deyil. Rusiya nümayəndə heyəti geri dönməsəydi, Rusiya tez, ya da gec bizdən uzaqlaşacaqdı. Bu bizim əslində qərarlılığımızı göstərir. Biz birgə olmalıyıq və Rusiya kimi bütün üzv ölkələrin də Avropa Şurası qarşısında öhdəlikləri var. Rusiyanın yenidən geri gəlməsi o deməkdir ki, rus xalqı Avropa İnsan Haqları Məhkəməsində özünü müdafiə etmək hüququna sahibdir”, – deyə E. Makron qeyd edib.

Qeyd edək ki, bu il Rusiya 5 illik fasilədən sonra AŞPA-ya geri qəbul edilib.

Rusiyanın 2014-cü ildə Krımı ilhaqından sonra AŞPA-dakı Rusiya nümayəndə heyətinin səsvermə hüququ əlindən alınıb. Rusiya buna etiraz olaraq, 2016-cı ildən nümayəndə heyətini AŞPA-ya göndərməmə barədə qərar qəbul edib. /APA


Etiket: AŞPA Makron


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar