Şənbə, 10 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Rusiyanın apardığı “psixoloji müharibə”nin sirləri – “Le Figaro”

Fransanın “Le Figaro” qəzetində Rusiyanın xarici aləmə təzyiq vasitələrindən bəhs edən məqalə dərc olunub. “Rusiyanın “psixoloji müharibəsi”nin sirləri açılıb” başlıqlı məqalənin müəllifi Nikola Barotdur.

Məqalədə deyilir ki, Estoniya Xarici Kəşfiyyat Departamentinin təqdim etdiyi illik hesabatda Rusiyanın mübarizə metodlarından, xarici aləmə təzyiq vasitələrindən ətraflı bəhs olunub: “Rusiya Xarici Kəşfiyyat İdarəsinin 54777 saylı bölməsi “psixoloji müharibə” əməliyyatına və ölkə xaricindəki ictimai rəyə cavabdehdir. Xaricdəki ictimai rəy “informasiya qarşıdurması”nın üç tərkib hissəsindən biridir. “İnformasiya qarşıdurması”nın digər iki hissəsi kiberməkana təsir göstərilməsi və Rusiyanın xarici təsirlərdən müdafiəsidir”.

Müəllif yazır ki, Estoniya Xarici Kəşfiyyat Departamentinin 6-cı məruzəsində 54777 saylı məxfi bölmənin fəaliyyəti təfərrüatı ilə təsvir olunub: “Məxfi bölmə dost, neytral və düşmən ölkələrdəki siyasi liderləri, hərbi qulluqçuları və onların ailələrini, mülki əhalini, etnik və dini azlıqları, müxalif və ya biznes qruplarını hədəfə alır. Bu o deməkdir ki, Rusiya xaricindəki bütün dünya əhalisi potensial hədəfdir”.

Məqalədə deyilir ki, Rusiya Baş Kəşfiyyat İdarəsi hazırladığı saxta materialları müxtəlif metodlarla qeydə aldıraraq süni informasiya bazası qurur.

Estoniya kəşfiyyatının hesabatına əsasən, “psi-ops” dəstələr Rusiya Xarici Kəşfiyyat İdarəsini maraqlandıran mövzuların gündəlik monitorinqini aparır. Qərbin nüfuzlu KİV-lərində gedən materiallar Rusiyanın maraqlarına uyğun gəldiyi halda “Twitter”, “Facebook”, “Reddit” və “Vkontakte” kimi sosial şəbəkələrdə saxta hesablar vasitəsilə yaymlanır. Bu “psixoloji müharibə”də məqsəd xarici auditoriyanın düşüncəsinə və davranışına təsir etməkdir.

Yazıda Estoniya kəşfiyyatının hesabatına istinadla bildirilir: “2020-ci ildən Rusiya kəşfiyyatının nəzarətində olan “İfoRos”, “İnfo Brics.org” və “One World.press” kimi ingilisdilli saytlar koronavirus pandemiyası haqda yalan məlumatlar paylaşmaqla məşğul olurdu. Həmin saytlar ingilisdilli çevrəni inandırmağa çalışırdı ki, guya pandemiya bəlası ABŞ-ın məqsədli şəkildə həyata keçirdiyi plandır və koronavirus təhlükəli infeksiya deyil, amerikalıların dünya üzərində nəzarəti ələ keçirməkdən ötrü düzəltdiyi bioloji silahdır”.

Müəllif Nikola Berot yazır: “Departament öz tezislərinin təsdiqi kimi hesabatda adı keçən, vaxtilə 54777 saylı bölmənin rəhbərliyində təmsil olunan Aleksandr Kostyuxinin, Aleksandr Starunskinin, Denis Tyurinin və Sergey Panteleyevin ruspərəst saytların yaradıcıları olduğunu qeyd edib”.

Məqlədə deyilir ki, Estoniya Xarici Kəşfiyyat Departamentinin 80 səhifəlik məruzəsində Rusiyanın adı bir daha təhlükə mənbəyi kimi vurğulanır.

Məruzədə Rusiyanın gələcək məqsədləri də sadalanır: qonşu ölkələrdə sabitliyi pozmaq və ya onların üzərində nəzarəti gücləndirmək, kiberhücumlar təşkil etmək, onilliyin ortalarında “müvəqqəti boz zonada” strateji hədəflər üzrə qabaqlayıcı tədbirlər görmək məqsədilə yeni desant bölmələri yaratmaq: “Bu, münaqişənin rəsmən başlanmasına qədərki proseslərdir”.

Nikolas Barot yazır ki, Estoniya kəşfiyyatının hesabatında Rusiyanın zəif tərəfləri də göstərilib: “Estoniya Xarici Kəşfiyyat Departamentinin rəhbəri Mikk Morran deyib ki, yaşayış səviyyəsinin getdikcə aşağı düşdüyü Rusiyada böyük etirazlar yaşana bilər. İctimai rəyə təsir müharibəsi Rusiyanın sərhədləri daxilində də aparılır”.(novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?..

Ermənilər Rüstəm Muradovu ölümlə hədələyir

Ramazan ayı ilə bərabər sərt karantin də başlayır - Qapanma olacaq

Sahil Babayevə hədə-qorxu gələnlər kimlərdi? - Əlövsət Əliyev

"Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq" - Koronaya yoluxan aparıcı

Deputat Naira Zöhrabyan: “Mən Polad Həşimov küçəsində yaşayıram...”

Deputat məmurlara səsləndi: “Xalq balıqsız yaşaya bilər, amma susuz yaşaya bilməz!“

Azərbaycanda ən az yoluxma bu tarixdə qeydə alındı

1.1 milyard manatı Azərbaycandan kim və necə çıxarıb? - MB və DGK hara baxır?

Ən çox oxunanalar