Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanı yox sayaraq Azərbaycanla birbaşa danışmaq istəyən Paşinyan indi hansı havanı çalır?

Elxan Şahinoğlu: “Paşinyan müharibənin yenidən başlanmasından narahat olub. Buna görə də hər hansı bir formada Azərbaycanla razılaşmaq üçün münbit zəmin axtarırmış”...

İlqar Vəlizadə: “Düşünmürəm ki, rəsmi dairələr prezidentlər arasında olan gizli danışıqlar faktını təsdiqləyəcək”.

Xatırladaq ki, dünən Tbilisidə lham Əliyev və Paşinyanın emissarlarının gizli danışıqlar aparması ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd edilirdi ki, Paşinyanın əlaqələndiricisi vasitəsilə iki ölkə rəhbərləri arasında gizli danışıqlar baş tutub. Paşinyanı bu danışıqlarda erməni inqilabının başlıca lokomotivi olan “Vətəndaş müqaviləsi” blokunun həmtəsisçisi Arsen Xaratyan olub. O, Azərbaycan hökumət mənbələri ilə əlaqə yaradaraq birbaşa danışıqların başlanmasını təklif edib. Həmin vaxt Xaratyan artıq baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri postundan getmişdi və Tbilisidə məskunlaşaraq Soros tərəfindən maliyyələşən QHT-nin rəhbəri kimi fəaliyyət göstərirdi.

A.Xaratyan açıq bildirib ki, erməni baş nazir danışıqların keyfiyyətcə yeni formatında maraqlıdır və yeni nizamlama modeli əsasında ciddi kompromislərə getməyə hazırdır. A.Xaratyan N.Paşinyanın adından çatdırıb ki, Ermənistanın yeni hökuməti gələcək danışıqlarda 90-cı illərdə Robert Köçəryan tərəfindən devrilmiş Levon Ter-Petrosyanın razılaşdığı mərhələli həll planını əsas götürməyə hazır olduğunu ifadə edir.

A.Xaratyan Azərbaycan tərəfini əmin edib ki, Paşinyan Rusiya XİN-in danışıqlar prosesindən uzaqlaşdırılması yolu ilə Kremlin regionda təsirinin məhdudlaşdırılması zəruriliyinə inanır. Çünki yeni erməni hökumətinin strateji vəzifəsi Rusiyanın Ermənistanın özündəki daxili siyasi proseslərdə rolunun və təsirinin zəiflədilməsindən ibarətdir. Azərbaycan tərəfini A.Xaratyanın məhz kondominiumun pozulmasına, danışıqların gələcəkdə ancaq qərb hökumətlərinin dəstəyi ilə aparılmasına dair təklifi bir qədər düşündürüb.
“Sülh əvəzində ərazilər modeli”nə əsasən söhbət birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı üç rayonunun işğaldan azad edilməsindən gedib. Daha sonra isə iki rayonunda azad olunması gündəmə gətirilməliydi. A.Xaratyan Dağlıq Qarabağa müvəqqəti aralıq statusun verilməsinin əvəzində daha iki rayonun - Kəlbəcərin və Laçının da işğaldan azad edilməsi imkanlarını nəzərdən keçirəcəyinə Paşinyanın adından təminat verib.

Qeyd edək ki, dünən axşam saatlarında yayılan bu məlumat sensasion xarakterli olmaqla yanaşı, eyni zamanda Paşinyanın və onun təmsil etdiyi siyasi qrupun münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razı olmasına da diqqət çəkir. Rəsmi olaraq təkzib və ya şərh olunmayan bu məlumatda ən diqqət çəkən məqam isə Paşinyanın münaqişənin həll prossesindən Rusiyanı uzaqlaşdırmaq cəhdidir.

Aradan bir müddət keçdikdən sonra isə Paşinyan sələfi Sarkisyandan daha sərt bəyanatlar səsləndirməyə başladı. Məhz bu qeyri-konstruktiv mövqe son iki ildə danışıqlar prossesini bloılayan əsas faktora çevrildi və faktiki olaraq Ermənistanın baş naziri münaqişənin həlli üçün açılan bütün cığırları qapadı. Bəs Paşinyanın mövqeində tez bir zamanda bu qədər ciddi dəyişikliklər necə yarandı?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu və politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Əgər orada deyildiyi kimi Ermənistan rayonları boşaltmağa hazır idisə, sülhə hazır isidə, bu vaxta qədər Paşinyan tərəfindən verilən açıqlamalar olmamalı və təxribat törətməməli idi”.

Azərbaycan hakimiyyətinin Paşinyana bir neçə dəfə şərait yaratdığını xatırladan politoloq bildirib ki, Paşinyan isə Qarabağa təxribat səfərlər etməyə başladı, Qarabağın Ermənistanın olduğunu dedi, sonra isə “separatçıların qondarma parlamenti” paytaxtın Şuşaya köçürülməsi haqında qərar verdi və Şuşada andiçmə mərasimi keçirildi:

Prezident İlham Əliyevlə Paşinyanın gizli razılıq xəbərini dünən mən də oxudum. Bu gizli xəbər hələ nə təkzib, nə də təsdiq olunmayıb. Amma əgər belə bir hal olubsa, demək ki, Paşinyan müharibənin yenidən başlanmasından narahat olub. Buna görə də hər hansı bir formada Azərbaycanla razılaşmaq üçün münbit zəmin axtarırmış.

Məlumdur ki, Paşinyan danışıqlar apara-apara son dərəcə radikal mövqelər bildirib. Buna görə də bu vaxta qədər əslində danışıqlar baş tutmayıb. Əgər orada deyildiyi kimi Ermənistan rayonları boşaltmağa hazır idisə, sülhə hazır isidə, bu cür açıqlamalar Paşinyan tərəfindən verilməməli və təxribat törətməməli idi.

Elxan Şahinoğlu: “Bütün bunlardan sonra aydındır ki, danışıqların heç bir nəticəsi olmayacaqdı”.

Əslində Azərbaycan hakimiyyəti Paşinyana bir neçə dəfə şərait yaratdı. Yəni Paşinyan hakimiyyətə gələndən bir müddət sonra Azərbaycan hakimiyyəti şərait yaratdı ki, o hakimiyyətini gücləndirsin və Qarabağ istiqamətində addımlar atsın. Amma Paşinyan Qarabağa təxribat səfərlər etməyə başladı, Qarabağın Ermənistanın olduğunu dedi, sonra isə “separatçıların qondarma parlamenti” paytaxtın Şuşaya köçürülməsi haqında qərar verdi və Şuşada andiçmə mərasimi keçirildi.

Bütün bunlardan sonra aydındır ki, danışıqların heç bir nəticəsi olmayacaqdı. Bir daha qeyd edim ki, əgər belə danışıq baş tutubsa, bu Paşinyanın Azərbaycanla danışması üçün an axtarmasını bildirir”.

İlqar Vəlizadə: “Gizli danışıqlarda Paşinyanın Azərbaycanla razılığa gəlməsinin rəsmi dairələrdə təsdiqini tapmasını da gözləmirəm”.

Paşinyanın İlham Əliyevə ondan daxili məsələri həll etmək üçün vaxt istədiyini və ondan sonra danışıqlar prosesinin konstruktiv getməsi barədə söz verdiyini xatırladan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, sonradan Paşinyan hansısa səbəbdən verdiyi vədə əməl etməyib və indi də vəziyyət göz qabağındadır: “Əvvəla düşünmürəm ki, rəsmi dairələr Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında olan ikitərəfli gizli danışıqlar faktını təsdiqləyəcək. Ümumiyyətlə, belə həssas məqamda gizli danışıqların detallarının açıqlanmasını mümkün hesab etmirəm. Hətta bir daha qeyd edim ki, bu gizli danışıqlarda Paşinyanın Azərbaycanla razılığa gəlməsinin rəsmi dairələrdə təsdiqini tapmasını da gözləmirəm.

Hər halda burada müəmmalı məsələlər çoxdur. Prezident İlham Əliyev bir neçə dəfə bildirib ki, Paşinyanla təkbətək görüşlərində Paşinyan ona müxtəlif vədlər verib. Yəni İlham Əliyev bildirmişdi ki, Paşinyan ondan daxili məsələri həll etmək üçün vaxt istəyib və ondan sonra danışıqlar prosesinin konstruktiv getməsi barədə söz verib. Amma sonradan Paşinyan hansısa səbəbdən verdiyi vədə əməl etmədi. İndi də vəziyyət göz qabağındadır.

İlqar Vəlizadə: “Danışıqlar prosesində hər bir danışıq ictimaiyyətə açıq şəkildə olmalıdır”.

Onu da qeyd edim ki, Azərbaycan danışıqlar prosesini həmişə açıq şəkildə aparıb. Azərbaycan həmişə açıq şəkildə Minsk qrupuna tələblərini deyib. Bütün hallarda biz başa düşürük ki, proseslər rəsmi danışqlar zamanı həyat keçirilir. Rəsmi danışıqları həyata keçirən insanlara da tənqid olsa belə, öz mövqeyimizi açıq bildirmişik.

Bu yayılan məlumatlardan sonra kimlərdəsə fikirlər yarana bilər ki, biz Minsk qrupundan xəbərsiz hansısa işlər görmüşük və oyunlarımızı aparmışıq. Amma bu belə deyil. Danışıqlar prosesi Azərbaycan tərəfindən həmişə tam şəffaf, açıq şəkildə gedib.

Buna baxmayaraq hesab edirəm ki, danışıqlar prosesində hər bir danışıq ictimaiyyətə açıq şəkildə olmalıdır”.

Nərminə UMUDLU

pia.az


Etiket: Rusiya Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar