Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı politoloq: “Ermənistan Rusiya ilə ən son əlaqələrini məhv etdi”

Ermənistan açıq şəkildə heç bir barışıq, heç bir atəşkəs istəmədiyini söyləyir. Onlar müharibənin davam etməsini istəyirlər. Döyüşlər heç dayanmayıb da. Dünən atəşkəs elan olunan kimi, Etmənistan Azərbaycanın irəliləməyi dayandırmasını fürsət bilərək bəzi mövqeləri geri qaytarmağa çalışdı. Şübhəsiz ki, terror aktı olan Gəncə şəhərinin raket atəşinə tutulması ilə Ermənistan sülh istəmədiyini göstərdi”.

Bu fikirləri “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində “Vestnik Kavkaza” İnformasiya-Analitika Agentliyinin baş analitiki Andrey Petrov deyib.

Azərbaycan həqiqətən də dünən Ermənistana hər şeyi sülh yolu ilə həll etmək üçün son şansı verdi, çünki Azərbaycan ordusu daha güclü döyüş mövqeyində idi, irəliləməyə davam edirdi və şübhəsiz, ayın sonuna qədər Ermənistan sadəcə təslim olmaq məcburiyyətində qalacaqdı. Azərbaycan şənbə gününə keçən gecə atəşkəsə razılaşmaqla sülhə doğru böyük addım atdı və bununla da Ermənistan əlavə itkilər verməkdən qaça bilərdi. Gəncəyə raket zərbələri endirilməsi isə Ermənistanın hərbi əməliyyatların davam etməsini istədiyini göstərir. Odur ki, yaxın zamanlarda müharibənin yenidən tam əsasda bərpa olunacağını düşünürəm. Ermənilərin axacaq qanına görə məsuliyyəti də belə terror aktına gedən Ermənistan rəhbərliyi daşıyacaq”, - o bildirib.

A.Petrov həmçinin Ermənistanın Azərbaycanın dinc şəhərlərinə raket hücumlarına da münasibət bildirib: “Şübhəsiz ki, Azərbaycan şəhərlərini məhz Ermənistan ərazisindən atəşə tutmaqla Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı Ermənistan ərazisinə zərbə endirməyə təhrik etməyə və bununla da özünü təcavüzə məruz qalmış göstərərək KTMT və Rusiyaya müraciət etməyə hüquqi zəmin yaratmağa çalışır”.

Ermənistan rəhbərliyinin Rusiya rəhbərliyinə göstərdiyi ən son təsirlər bu artıq yoxdur. Ermənistan özünü yalnız danışıq aparılması mümkün olmayan tərəf kimi yox, həm də terrorçu kimi göstərdi. Rusiya terrorçularla heç bir danışıq aparmır. Ermənistan Rusiya ilə ən son əlaqələrini də məhv etdi”, - ekspert söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar