Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyalı politoloq: "Armen Sərkisyanın istefası Azərbaycan üçün müsbət haldır"

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın hazırladığı planın məsuliyyətini daşımamaq üçün özü vəzifədən gedib”.

Bunu “Report”un Rusiya bürosuna politoloq, Rusiya Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

“Görünür, həmin plan Azərbaycan və Türkiyə ilə münasibətlərin əsaslı şəkildə yaxşılaşdırılması üçündür. Bu istefa Azərbaycan üçün müsbət haldır. Çox güman ki, Paşinyan barışığa getmək fikrindədir. Sərkisyanın istefasını bir növ Azərbaycanın qələbəsi hesab etmək olar”, - o deyib.

Politoloq qeyd edib ki, Ermənistan Prezidentinin ötən bazar günü istefa verməsi çox gözlənilməz olub: "Armen Sərkisyanın istefa verməsinin başqa mümkün səbəbi Nikol Paşinyanın hakimiyyəti öz əllərində cəmləşdirmək üçün Rusiya Prezidenti Vladimir Putinin razılığını alması ola bilər. Qazaxıstanda sabitliyi bərpa etmək üçün Prezident Tokayevin köməyinə gələn KTMT sülhməramlıları məsələsində Paşinyanın məqbul davranışından sonra Rusiya Prezidenti razılığını verib”.

S.Markov vurğulayıb ki, Ermənistan Baş naziri haqqında amerikapərəst siyasətçi olması, KTMT-nin əməliyyatına xələl gətirəcəyi ilə bağlı Rusiya dairələrində şübhələr vardı: “Qazaxıstanda qanlı iğtişaşlar başlamazdan bir neçə gün əvvəl təsadüf nəticəsində məhz Ermənistanın KTMT sədri olduğu üçün Paşinyan üzərində daha çox məsuliyyət düşmüşdü. Belə ki, KTMT Şurasının rəhbərliyinə məhz Nikol Paşinyan gəldi, KTMT-nin bu hərbi əməliyyatının təşəbbüsünü o irəli sürdü”.

Rusiyalı politoloq Nikol Paşinyanın Qazaxıstanla bağlı Moskvanın diqtəsini çox dəqiq yerinə yetirdiyini irəli sürüb: “Məhz ona görə də bağışlanaraq hakimiyyəti cəmləşdirmək, hətta ölkə Prezidenti vəzifəsinə özünə daha sadiq olan şəxsi gətirmək üçün icazə aldı”.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi

"40 direktor ona hesab və hesabat verir..." – Deputatdan sensasiyalı açıqlamalar

Fransa səfiri yazıçı Kəramət Böyükçöllə görüşüb

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Taksi sürücülərindən inanılmaz etiraflar: "Bir erməninin yaratdığı şirkət..."

Aİ bütün Ukrayna mallarına rüsumları ləğv etdi

Xəstəlikləri barədə məlumat verməyən donorlar cərimələnəcək

Ən çox oxunanalar