Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı nazir: "Gələn ay Şimal-Cənub dəhlizinin mühüm hissəsi istismara veriləcək

"Azərbaycanın Rusiya ilə sərhədində Samur çayı üzərindəki körpünün tikintisi dekabr ayında başa çatacaq"...

“Report” xəbər verir ki, bu barədə “Moskva – Baku” jurnalına müsahibəsində Rusiyanın iqtisadi inkişaf naziri Maxim Oreşkin bildirib.

O, sərhədin hər iki tərəfində quruculuq işlərini görmək üçün sərhədboyu infrastrukturun təkmilləşdirilməsinə dair RusiyaAzərbaycan birgə işçi qrupunun yaradıldığını deyib: “Yaraq-Qazmalar sərhəd məntəqəsi yaxınlığında Samur çayı üzərindəki avtomobil körpüsü də bu məsələnin həllində kömək edəcək. Buradakı işlər 2017-ci ilin dekabrında başlayıb, indi isə son mərhələsindədir. Yan yolları ilə birgə körpünün istismara verilməsi dekabr ayının ortalarına nəzərdə tutulub. Qeyd edim ki, Rusiyada Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına böyük əhəmiyyət verirlər. Samur çayı üzərindəki körpü də bu dəhlizin mühüm hissəsidir”.

Ekspert rəylərinə görə, Azərbaycan ərazisindən yerüstü yük tranzitinin orta perspektivdə belə 7 milyon tona, sonradan isə 13 milyon tona çatacağını qeyd edən rusiyalı nazir diqqətə çatdırıb ki, bu tranzitin əsas hissəsini Rusiyadan İrana və Hindistana, yaxud geriyə daşınan yüklər təşkil edəcək.

Samur çayı üzərində hələ 1957-ci ildə inşa edilən körpünü əvəzləyəcək yeni körpünün tikintisi Azərbaycan ilə Rusiya hökumətləri arasında 2013-cü ilin avqust ayında imzalanmış müqavilə çərçivəsində aparılır. Körpünün yan yollarını tərəflər özləri tikirlər. 325,3 metr uzunluqda, 17,3 metr enində olan körpünün tikintisi 36,5 milyon manata başa gəlir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar