Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı milyarderlər koronavirusdan qorxduqları üçün bu ölkələrə qaçırlar

Rusiyada milyarderlər koronavirusa yoluxmaqdan ehtiyyat etdikləri üçün xüsusi təyyarə ilə başqa ölkələrə qaçırlar...

Xarici KİV bildirir ki, bu barədə "Jet Partners" adlı özəl təyyarə icarəyə verən şirkətin rəsmi nümayəndəsi Marqarita Lomakina bidirib. Onun sözlərinə görə, milyarderlər koronavirusdan qorunmaq üçün virusun daha az yayıldığı ölkələrə gedirlər: “Onlar əsasən İspaniyanın Marbelya, Jirona, Malaqa, Saraqosa kimi şəhərləridir. Həmin şəxslər özlərini xüsusi yaşayış yerlərində, otellərdə daha rahat hiss edirlər”.

 “Sirius Aero” şirkətinin nümayəndələri yanacağın qiymətinin ucuzlaşması və rəqabətin artması səbəbindən xüsusi sifarişli təyyarələrin uçuş qiymətinin son aylarda keçən illə müqayisədə 20-30 faiz gerilədiyini açıqlayıb.

“JETVIP” şirkətinin sahibi Aleksandr Osit isə milyarderlərin ölkədən getməyə üstünlük vermə fikrini belə açıqlayıb:  

“İnsanlar izolyasiya şərtlərindən artıq yorulublar. Moskvada çox böyük evləri olsa da, onlar harasa getməyə üstünlük verirlər. Bəzi müştərilərimizin Avropa ölkələrinə gediş səbəbi məktəblərin açılmasıdır. Çünki onların övladları orada təhsil alır”.

Rusiyalı milyarderlərin əsasən İngiltərə və Cənubi Kiprə getmələri belə əsaslandırılır ki, ya onların həmin ölkələrdə yaşama icazəsi var ya da həmin ölkələrin vətəndaşlarıdır.

Qeyd edək ki, tutumu ən çox 13 nəfərlik olan həmin lüks təyyarələrin uçuş qiyməti 16 minlə 25 min euro arasında dəyişir.

pia.az


Etiket: Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar