Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı hərbi ekspert: “Ermənilər taktiki səhvə yol verdilər”  

"Hələlik hərbi əməliyyatların təşkilində kustar yanaşma görürük. Kəskin dəyişiklik edilməsə, hər iki tərəfin də itkilər böyük ola bilər".

PİA.az xəbər verir ki, rusiyalı hərbi ekspert Yuri Knutov ötən gün Dağlıq Qarabağda başlayan döyüşləri şərh edərkən belə deyib.

O, “Vzqlyad” nəşrinə verdiyi açıqlamada AzərbaycanErmənistan ordusunun və Dağlıq Qarabağdakı hərbi taktikalarından danışıb.

"Azərbaycan mümkün qədər çox ərazini ələ keçirməyə çalışacaq. Əvvəlcə istehkamların bombalanması və atəşə tutulması əməliyyatı həyata keçirəcək, sonra zirehli texnika və piyadalarla irəliyə yürüyəcək. Bu, köhnə klassik sxemdir, lakin lokal müharibələrdə hələ də istifadə olunur", – deyə hərbi ekspert bildirib.

Ekspertin fikrincə, Qarabağ münaqişəsinin hər iki tərəfi sovet ordusunun 1980-ci illərdə Əfqanıstandakı müharibə taktikalarından istifadə edir: "Ermənistanın və Dağlıq Qarabağın (yalnız erməni qoşunlarının silahlanmasında olan" İsgəndər" kompleksləri istisna olmaqla) əlində olan bütün döyüş texnikalarından o vaxt da Əfqanıstanda da istifadə olunurdu".

Knutovun fikrincə, Ermənistan tərəfi ciddi taktiki səhvə yol verib. "Azərbaycan dünən erməni tanklarını necə vurduğunu nümayiş etdirdi. Əgər bu video həqiqətdirsə, onda gözə çarpan ilk şey odur ki, texnika geniş əraziyə səpələnməyib, “maskalanmayıb” və eyni cərgədə düzülüb. Buna diqqətsizlik deyilir!", - ekspert vurğulayıb.

Onun dediyinə görə, buradakı dağlara, meşə ərazilərinə başqa yanaşmalar tətbiq etmək lazım idi: “Əgər cərgəvi düzülmək məcburiyyəti vardısa, bunu ancaq bəzi ərazilərdə etmək olardı. Hərəkət xüsusi örtük altında aparılmalıydı".

Dağlarda yüksəkliklərdən asılı olmayaraq, döyüşməyin çətin olduğunu vurğulayan Knutov yerli şəraitə uyğun olaraq fərqli mərmi və güllələrdən istifadə etməyin vacibliyini düşünür: “Xüsusi hazırlıq olmadan bu cür ərazilərdə döyüş aparmaq mümkün deyildir. Ona görə də Azərbaycan hələ ki qalib gəlir; lakin əsasən gözlənilməzlik amilinə görə”.

Bütövlükdə isə, Knutovun fikrincə, genişmiqyaslı hərbi əməliyyatların başlanmasından danışmaq hələ tezdir. "AzərbaycanErmənistan döyüş əməliyyatları ərazisində hərbi hissələrini yeni-yeni yerləşdirilməyə başlayıb. Onlara bunu başa çatdırmaq üçün təxminən bir həftə vaxt lazım olacaq. Amma tərəflərin genişmiqyaslı döyüşlərə girməsinə imkan vermək olmaz. Əgər bu baş verərsə, itkilər böyük olacaq".(Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar