Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı həkimlər Xocalıda

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

PİA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda deyilir.

Bildirilib ki, Xocalı rayonunun dağlıq hissəsində yerləşən Sərdarkənd kəndində Humanitar Yardım Mərkəzinin əməkdaşları kənd sakinlərinə, qaçqınlara və məcburi köçkünlərə ixtisaslı tibbi yardım göstərmək üçün sahə məntəqəsi yerləşdiriblər.

“Bu gün Sardaraşen (Sərdarkənd) dağ kəndinin sakinlərinə humanitar və tibbi yardım edirik. Tibb işçilərini - terapevt, cərrah, oftalmoloqları bura gətirdik. Ən əsası budur ki, səhra stomatoloji bölməsini buraya gətirmişik və müraciət edənlərin hamısına lazımi köməkliyi göstərməyə çalışacağıq” – deyə Rusiya sülhməramlı kontingenti komandirinin müavini, general-mayor Sergey Jmurin bildirib.

Məlumata görə, əhalinin qəbulu zamanı xüsusi təyinatlı tibb hissəsinin həkimləri kəndin 50-dən çox sakininə ixtisaslı tibbi yardım göstərib.

“Bundan əlavə, Humanitar Yardım Mərkəzinin hərbi qulluqçuları Rusiya ictimai və xeyriyyə təşkilatları tərəfindən Dağlıq Qarabağa bağışlanan 1500 kiloqrama yaxın humanitar yardımın ehtiyacı olanlara verilməsini təşkil etdilər. Rus sülhməramlıları çoxuşaqlı ailələrə, məcburi köçkünlərə və qaçqınlara qida vasitələri, tibbi ləvazimatlar və digər zəruri əşyaları təqdim etdilər”, - deyə Rusiya MN-dən bildirilib.(Modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar