Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı diplomat Ukraynadakı müharibəyə etiraz edərək, Qərbə gedib

Cenevrədə Rusiyanın BMT-dəki missiyasının müşaviri Boris Bondarev RF-nin Ukraynaya qarşı müharibəsini açıq şəkildə pisləyib və istefa verib, bu barədə bazar ertəsi Britaniyanın Daily Express nəşri məlumat yayıb.

Nəşrdə dərc olunan bəyanatda Bondarev belə yazır: “İyirmi illik fəaliyyətim ərzində xarici siyasətimizdə müxtəlif dönüşlər müşahidə etdim, amma heç vaxt ölkəm və işim üçün bu il fevralın 24-də olduğu qədər utanmamışam. Putinin Ukraynaya, əlsində isə bütün Qərb dünyasına qarşı başlatdığı təcavüzkar müharibə təkcə Ukrayna xalqına qarşı cinayət deyil, həm də Rusiya xalqına qarşı, yəqin ki, ən ağır cinayətdir, bu cinayət ölkəmmnizdə uğurlu demokratik cəmiyyətin tədrici inkişafına olan bütün ümidlərin üztündən qalın Z hərfi çəkib”.

Bondarev ildən-ilə yalan və qeyri-peşəkarlığın artdığı Rusiya XİN-i ayrıca tənqid edib.

“Bu gün XİN diplomatiya ilə məşğul olmur. O, yalan yayır, ədavəti və müharibəni qızışdırır. Diplomatiya Rusiya cəmiyyətinin real ehtiyacları ilə heç bir ortaq məxrəci olmayan dar insanlar dairəsinin şəxsi maraqlarına xidmət edir”, deyən Bondarev işdən çıxmaq qərarına gəldiyini bildirib.

RF XİN bu hadisə ilə bağlı şərh verməyib.

Bəyanatı Britaniya nəşrinin yerləşdirdiyini nəzərə alsaq, diplomatın bu ölkədən sığınacaq aldığını təxmin etmək olar.(Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar