Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı aktivistlər azərbaycanlı lezbiyan qıza görə ayağa qalxdı

"Rusiyalı aktivistlər anası tərəfindən Azərbaycana gətirilmiş 18 yaşlı lezbiyan Sevgiya Sübhani İsmayılovanın Rusiyaya geri verilməsini tələb edir”...

PİA.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub. Məlumat verən şəxsin sözlərinə görə, Rusiya Sevgiya Sübhani İsmayılovanın müdafiəsinə qalxıb:

"Ana qızının lezbiyanlığından xəbərsiz olub. Sonra qızı hansısa formada etiraf edəndə anası bunu bilib. Hazırda qızın anasına qarşı təhlükə çox böyükdür. Anası da təhlükəsizliyini təmin etmək istəyir. Qızın anası hazırda Bakıda yaşayır. Bunun üçün qadın hüquq-mühafizə orqanlarına müraciət edərək dəstək istəyib. Rusiyada aktivistlər Sevgiya Sübhani İsmayılovanın müdafiəsinə qalxıblar. Onunla bağlı müzakirələr aparılır, müdafiəsi ilə bağlı tədbirlər görülür. Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edilib. Ananın qızını Bakıya gətirməkdə məqsədi var. İstəyir ki, müalicə etdirib ərə versin, ailəsi olsun. Onun üçün də sənədlərini əlindən alıb. Amma qızın müalicə olunmaq şansı yoxdur. Çünki qız lezbiyanlığa 6-cı sinifdə oxuyandan başlayıb. Rusiyalı aktivistlər qızın geri qaytarılmasını tələb edir”.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın lezbiyanlığını etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.

Leybiyanlığını etiraf edən 18 yaşlı qız Bakıdakı sığınacaqların birinə yerləşdirilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar