Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan Tovuz hadisələri haqda son açıqlama

Rusiya Azərbaycan-Ermənistan sərhədində eskalasiyanın qarşısını almaq üçün konkret addımlar atır.

PİA.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinq zamanı söyləyib.

O bildirib ki, atəşkəs rejiminin pozulması halları azalıb, lakin gərginlik qalmaqdadır: "Gərginliyin daha da artacağının qarşısını almaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi, həm də müstəqil olaraq konkret addımlar atırıq. Ötən həftə bölgədəki vəziyyət Minsk Qrupunun iclasında, daha sonra bütün üzvlərin iştirakı ilə ATƏT Daimi Şurasında müzakirə edildi. Minsk Qrupu həmsədrləri tərəflərlə daim əlaqə saxlayır".

Zaxarova qeyd edib ki, BMT Katibliyi ilə məsləhətləşmələr planlaşdırılır: "YerevanBakı atəşkəsin möhkəmləndirilməsi və danışıqlar prosesinin intensivləşdirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərlə çıxış edir. Biz bunları tərəflərlə müzakirə edirik. Ümid edirik ki, beynəlxalq səyahət məhdudiyyətləri qaldırıldıqdan sonra münaqişənin həlli ilə əlaqəli bütün mövzuları əsaslı şəkildə işləmək mümkün olacaq".

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki hissəsində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar.

Görülən müvafiq tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilib.

pia.az


Etiket: Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar