Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan növbəti saymamazlıq... - Moskva Azərbaycanın süveren haqqlarını tanımaq istəmir?..

Rusiyanın bu şəkildə davranışlarını ölkəmizin suverenliyinə qarşı təcavüz aktı kimi dəyərləndirmək olarmı?..

Hərbi ekspert: “Rus generalın Qarabağa gəlişi və həmin şəhərciklərin LaçınŞuşa ərazisində inşa edilməsi imzalanan birgə bəyanatın bəndləri ilə tərs mütənasiblik təşkil edir”.

“Görünən odur ki, hələ də Rusiyanın hərbi dairələri Azərbaycanın Dağlıq Qarabağ problemini həll etdiyini həzm etmək istəmir. Digər tərəfdən isə həmin hərbi dairələrin fəaliyyətləri Rusiya prezidenti Vladimir Putinin verdiyi bəyanatlara, o cümlədən Dağlıq Qarabağın Azərbaycana məxsus olmasına aid verdiyi bəyanatlara da tamamilə ziddir”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovun Dağlıq Qarabağa səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Dağlıq Qarabağa səfəri müzakirələrə səbəb olub. Cənab Bulqakovun Qarabağa Bakıdan deyil, Ermənistan ərazisindən gəldiyinə də diqqət çəkərsək, belə görünür ki, Rusiya açıq şəkildə Azərbaycanın süveren haqqlarını tanımaq istəmir. Bundan başqa Rusiyalı generalın hər biri 250 yerlik 25 blok-modul şəhərciyin tikiləcəyini bəyan etməsi də Azərbaycan cəmiyyətində cidddi qıcıq yaradıb. Çünki bu açıqlamadan məlum olur ki, Rusiya sülhməramlılarının ümumi sayının ən azı 6250 nəfər səviyyəsinə çatdırılması planlaşdırılır.

Rusiyanın bu şəkildə davranışlarını ölkəmizin suverenliyinə qarşı təcavüz aktı kimi dəyərləndirmək olarmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevə müraciət edib.

Ədalət Verdiyev: “Rusiyanın bu davranışları heç də iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinin ruhuna uyğun gəlmir. Buna Azərbaycanın reaksiyası da kifayət qədər sərt olacaq”.

Yaxın 1-2 il ərzində Laçın şəhərindən keçməməklə birbaşa Xankəndinə çəkiləcək yolun istifadəyə verilməsindən sonra sülhməramlıların tamamilə Laçın ərazisini və dəhlizi tərk etməli olacaqlarını xatırladan ekspert bildirib ki, orada qalacaqları 1, yaxud 2 il görə belə modul tipli şəhərciklərin salınması əslində məqsədəuyğun olmamalı idi:

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Dağlıq Qarabağa səfəri və səfər zamanı azərbaycanlı rəsmilərlə görüşmədən tədbirlərdə iştirak etməsi, təbii ki, Azərbaycan ictimaiyyətində bəlli bir narahatlıqlar yaradır.

60 nəfərlik heyətlə Qarabağda təmsil olunan Rusiya sülhməramlıları üçün nəyə görə 25 ədəd və hər biri 250 nəfərlik olan modul tipli səyyar şəhərcikləri salması çoxlarımızda sual doğurur.

Rusiyanın Qarabağda yerləşdirdiyi kontingenti üçün şəhərciklər inşa etməsi gözlənilən idi. Lakin generalın Qarabağa gəlişi və həmin şəhərciklərin LaçınŞuşa ərazisində inşa edilməsi imzalanan birgə bəyanatın bəndləri ilə tərs mütənasiblik təşkil edir. Belə ki, yaxın 1-2 il ərzində Laçın şəhərindən keçməməklə birbaşa Xankəndinə çəkiləcək yolun istifadəyə verilməsindən sonra sülhməramlılar tamamilə Laçın ərazisini və dəhlizi tərk etməlidirlər. Orada qalacaqları 1 yaxud 2 il görə belə modul tipli şəhərciklərin salınması əslində məqsədəuyğun olmamalı idi.

Görünən odur ki, hələ də Rusiyanın hərbi dairələri Azərbaycanın Dağlıq Qarabağ problemini həll etdiyini həzm etmək istəmir. Digər tərəfdən isə həmin hərbi dairələrin fəaliyyətləri Rusiya prezidenti Vladimir Putinin verdiyi bəyanatlara, o cümlədən Dağlıq Qarabağın Azərbaycana məxsus olmasına aid verdiyi bəyanatlara da tamamilə ziddir.

Ədalət Verdiyev: “Birgə Monitorinq Mərkəzi yalnız sülhməramlıların fəaliyyətinə nəzarət etdiyi üçün onların siyasi proseslərə təsir imkanları yoxdur”.

Hesab edirəm ki, Rusiyanın bu davranışları heç də, iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinin ruhuna uyğun gəlmir. Buna Azərbaycanın reaksiyası da kifayət qədər sərt olacaq. Birgə Monitorinq Mərkəzi isə yalnız sülhməramlıların fəaliyyətinə nəzarət etdiyi üçün onların siyasi proseslərə təsir imkanları yoxdur. Onlar yalnız sülhməramlıların nəzarəti olan ərazidə sülhün və atəşkəsin təmin olunmasına cavabdehdirlər.

Lakin bu o demək deyil ki, Azərbaycanın strateji tərəfdaşları, o cümlədən Pakistan və Türkiyə bu proseslərə səssiz qalacaqlar. Yəqin ki, onlar hazırda baş verən hadisələrin dəyərləndirilməsi ilə məşğuldurlar. Biz müəyyən bəyanatlar, bu hadisəni qınayacaq şərhlər eşidəcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar