Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan İrana güzəşt, İsrailə badalaq:

Xmeymim bazası Tehranın istifadəsinə verilib...

Rusiya İrana Xmeymim aviabazasından istifadə etmək hüququ verib.

Strateq.az “Voenno-Promışlennıy Kuryer”-ə istinadla xəbər verir ki, İsrail Suriya ərazisinə təkcə işğal altındakı Colan yüksəklikləri boyunca deyil, həm də ölkənin mərkəzi və şimal hissələrində zərbələr endirməyə başlayıb.

Son dəfə İsrail hərbi hava qüvvələri Hələb əyalətində yerləşən bir obyektə hücum edib. İran könüllülərinə məxsus silah anbarı bombalanıb. Bundan əvvəl isə İsrailin raket hücumları nəticəsində Dəməşq yaxınlığında İran tərəfdarı qüvvələrə məxsus arsenal məhv edilibb, Tehrandan silah-sursat və hərbi texnika gətirən İran təyyarələrinin tranzit nöqtəsi olan Homsdakı Şayraat aviabazasına zərər verilib.

İstənilən vaxt və Suriyanın hər yerində İran ordusuna zərbə endirəcəyinə söz verən İsrail baş naziri Benyamin Netanyahu artıq ciddi bir problemlə üzləşib. Rusiya İrana Xmeymim aviabazasından istifadə etmək hüququ verib.

Rusiya hərbi aerodromuna 2 hərbi təyyarənin – Suriya Hərbi Hava Qüvvələrinin “İl-76” təyyarəsi və Tehrandan gələn “Airbus A310” təyyarəsinin Xmeymimə endiyi qeyd olunur. Xmeymim aviabazası vasitəsi ilə tədarükün İrana mümkün raket hücumlarından mütləq qorunma zəmanəti verir, çünki Rusiya İsrailə xəbərdarlıq edib ki, ən kiçik təhlükə olduqda, İsrail qırıcıları harada olurlarsa-olsun, əvvəlcədən xəbərdarlıq edilmədən vurulacaq.

İrana Xmeymim aviabazasından istifadəyə icazə verməklə, Rusiya Netanyahuya meydan oxudu. Sözsüz ki, Suriyadakı rus hərbi aviabazasına hücum cəhdi, yalnız İsrail təyyarələrinin məhv edilməsi deyil, həm də cavab zərbələrinə səbəb olacaq”, – deyə İsrailin özündə ekspertlər bildirib.

Yeri gəlmişkən, Rusiyanın Suriyaya 100-dən çox zirehli maşın gətirdiyini nəzərə alsaq, İdlibdə hərbi əməliyyatın yenidən başlaması da gözləniləndir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar