Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadakı xalq etirazları Putini dəyişiklilərə və islahata sövq edə bilərmi?

Putinin bundan sonra daxili siyasətdə yumşalmalara yönələn siyasətə deyil, daha sərt və qapalı rejimə keçid etməsi halında Rusiyada və yaxın xaricində hansı prosseslər gedə bilər?..

Politoloq: “Etirazlar 100-dən yuxarı Rusiya vilayətində baş verdi. Bu da Putinin siyasi hakimiyyəti üçün çox ciddi siqnal oldu”.

“Putinin Rusiya xalqının qarşısında nüfuzunu yenidən qaldırmaq mümkün deyil”.. Bu məsələdə ən ciddi məqam ondan ibarətdir ki, artıq xalq birmənalı olaraq Putinin bir oğru olduğuna əmin oldu”.

Bu sözləri politoloq Natiq Miri Rusiyada keçirilən etirazları PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftə Navalnın həbsi ilə bağlı Rusiyanın bütün vilayətlərində etirazlar və iğtişaşlar oldu. Xatırladaq ki, şənbə günü ilk aksiyalar Rusiyanın şərqində yer aldı. Daha sonra nümayişlər silsiləsi MoskvaSankt-Peterburq şəhərləri də daxil, Rusiyanın qərbinə yönləndi.

Moskvada nümayişçilər arasında olan Navalnının xanımı Yuliya saxlanılandan bir müddət sonra sərbəst buraxıldı. Hüquq müdafiəçilərinin OVD-info qrupuna əsasən, ölkə üzrə keçirilən mitinqlərdə 3 mindən artıq insan saxlanılıb ki, bu da son illərin ən yüksək göstəricisidir.

Hesab edilir ki, bu son 10 ildə Rusiyada Putinə qarşı ən böyük etiraz aksiyalarından biri idi. Bu aksiyanın Rusiyada hansısa siyasi dəyişikliklərə yol açması ehtimalı varmı? Xüsusən Putinin bundan sonra daxili siyasətdə yumşalmalara yönələn siyasətə deyil, daha sərt və qapalı rejimə keçid etməsi halında Rusiyada və yaxın xaricində hansı prosseslər gedə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu hadisə Putinin polis rejiminin xalqın qarşısında dayanmaq fikrində olmadığını göstərdi”.

Etirazlar xalqın Putin rejimindən və şəxsən Vladimir Putindən narazı olduğunu göstərdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiyda getdikcə yoxsullaşan, kasıblaşan xalqın etirazları gələcək perspektivdə artan xətlə inkişaf edə bilər:

“Etirazlar 100-dən yuxarı Rusiya vilayətində baş verdi. Bu da Putinin siyasi hakimiyyəti üçün çox ciddi siqnal oldu. Əslində bu Rusiya toplumunun Putin hakimiyyətindən ciddi mənada narazılığını ortaya qoydu. Ayrıca etirazçıların tərkibinə diqqət etdikdə görünən odur ki, artıq yeni yetişən gənclik Rusiyanın hərbi-polis rejimindən o qədər qorxmurlar. Bəzi şəhərlərdə polislə gənclər arasında çox ciddi qarşıdurmalar baş verdi. Bu qarşıdurmada təkcə polislər insanları döymədi. Polisin hərəkətinə qarşı xalq tərəfindən adekvat cavab verildi. Biz bu iğtişaşları, polislə gənclərin çarpışmasını hətta Peterburq və Moskvada da müşahidə etdik.

Düşünürəm ki, bu hadisə Putinin yaratdığı polis rejiminin qarşısında xalqın səfərbər olunması kimi dəyərləndirilməlidir və xalq göstərdi ki, rejimin qanunsuzluqlarına dözmək fikrində deyil. Əksinə polis rejimi qarşısında dirəniş göstərən gənclik, hətta onlara adekvat cavablar da verməyə hazır olduqlarını göstərdilər. Bu gün yumruqla polislərə cavab verən gənclik, sabah başqa silahla üsyan qaldırmaq təşəbbüsündə də ola bilərlər. Bunun özü gələcək üçün təhlükəli məqamdan xəbər verir.

Bu məsələdə ən ciddi məqam ondan ibarətdir ki, artıq xalq birmənalı olaraq Putinin bir oğru olduğuna əmin oldu. Əllərdə tutulan şüarlar, plakatlar və səsləndirilən şüarlarda “Putin oğrudur”, “Putin get” deyilirdi. Bu fakt onu göstərir ki, etiraz aksiyaları təkcə müxalifət liderlər olan Navalnının həbsdəm azad olunması ilə əlaqələri deyil. Yəni etirazlar xalqın Putin rejimindən və Vladimir Putindən narazı olduğunu göstərdi. Rusiyada getdikcə yoxsullaşan, kasıblaşan xalqın etirazları gələcək perspektivdə artan xətlə inkişaf edə bilər.

Natiq Miri: “Artıq Rusiya xalqının böyük əksəriyyəti Putini və onun rejimini korrupsioner, rüşvətxor və oğru rejim kimi tanıyır”.

Bundan sonra Putinin Rusiya xalqının qarşısında nüfuzunu yenidən qaldırmaq mümkün deyill. Çünki Rusiyada hər bir ailənin, hər bir fərdin alt şüuruna yerləşib ki, Putin xalqdan oğurladığı pullar müqabilində özü üçün böyük imtiyazlar və maddi təminatlar yaradıb. Xüsusilə Navalnının internetdə Putinin 100 milyon dollarlıq villalarını paylaşması və bu paylaşıma milyonlarla insanların baxması faktı da göstərir ki, artıq Rusiya xalqının böyük əksəriyyəti Putini və onun rejimini korrupsioner, rüşvətxor və oğru rejim kimi tanıyır. Bu fikiri rus ictimai rəyində dəyişmək mümkün deyil.

Buna görə də düşünürəm ki, dəyişən tərəf Putin rejimi olacaq. Ən azından Putin ictimai rəyi aldatmaq üçün müəyyən iqtisadi dəyişikliklərə getmək məcburiyyətində qala bilər. Mən Putin rejimindən bunu gözləyirəm. Çünki bütün zamanlarda Rusiyada guya islahatlar aparılmış kimi təqdimatlar yaradılır. Amma mahiyyət etibarilə xalqın cibi dolmur. Əksinə xalq getdikcə yoxsullaşır.

Natiq Miri: “Xalqda formalaşan “Putin oğrudur” fikri getdikcə Putinin ərtafına da təsir edəcək”.

Artıq rus xalqı üçün Qərbin, ABŞ-ın düşmən obrazında göstərilməsi, yaxud da Suriyada, Liviyada rus hərbiçilərinin hansı hərbi geosiyasi uğurlar qazanması məsələləri maraqlı deyil. Bu cür məsələlərə rus xalqının qarnı toxdur. Buna görə də bütün məsələlərə rus xalqı yalnız öz cibinə görə yanaşır. Yəni rus xalqının getdikcə yoxsullaşması və aclığa düçar olması Putin hakimiyyətinə ciddi təhlükə vəd edə bilər.

Qeyd edim ki, xalqda formalaşan “Putin oğrudur” fikri getdikcə Putinin ərtafına da təsir edəcək. Bildiyimiz kimi siyasi hakimiyyətdə bir-birinə qarşı olan şəbəkələr mövcuddur. Bu şəbəkələr də hansısa mərhələdə bunu Putinə qarşı istifadə edə bilər və Putinin rəqibi olan Navalnıya dəstək verə bilərlər. Əslində etiraz aksiyasılarının o cür möhtəşəm görünüşündə bu şəbəkələrin də müəyyən mənada dəstəkləri görünür”.

Nərminə UMUDLU
pia.az


Etiket: Etiraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar