Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadakı hadisələrdə ABŞ kölgəsi: Türkiyə ikili model önə sürür...

Baydenin gəlişi ilə siyasi küləklər güclü əsməyə başladı. Bunu görən Türkiyə də ABŞ-a mülayim bir şəxsi səfir kimi təyin edərək münasibətləri yaxşılaşdırmaq istədiyi mesajını verdi...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 2 fevral 2021-ci il

Keçən həftə baş verən Putin və Navalnı hadisələri hər kəsə məlumdur. İndi isə gəlin mövzunu bir az daha açaq, Türkiyə və Çin üzərindən düşünək.

Navalnı 2020-ci ilin avqustunda çəkiliş aparmaq üçün Sibirə getmiş və zəhərlənmişdi. Daha sonra Almaniyaya gedib, orada müalicə alıb sağalmışdı. FSB agenti Konstantin Kudriyatsev də “Noviçok” sinir qazının Navalnınn alt paltarlarına qoyulduğunu etiraf edib.

17 yanvarda Rusiyaya qayıdan Navalnı həbs olundu. Kremlin dünənə qədər “blogger” deyib lağ etdiyi Navalnı minlərlə insanı küçələrə çıxarmağı bacardı. Yakutskda mənfi 50 dərəcəlik havada nümayişçilər küçələrə töküldülər.

Navalnı həbs olunarkən onun tərəfdarları Putinin 1 milyard dollarlıq sarayının görüntülərini “Youtube”da yayımlayırdılar. Videoları 1 milyarddan çox insan tərəfindən izlənən Navalnı bu hərəkəti ilə Kremli qarışdırdı. ABŞ-ın dəstəklədiyi bu əməliyyat Rusiya daxilindən də böyük bir yardım alırdı.

Ötən gün də meydanlar dolub-daşırdı. Gənclər Putinə qarşı çıxırlar. Ölkəsinin mediasında özünə yer tapa bilməyən Navalnı isə “Youtube” vasitəsilə sözünü deyirdi. Kreml həmin saray videosunu izah edə bilmir, Navalnı isə atdığı hər addımla önə çıxırdı. Rus milyarder Rotenberq sözügedən sarayın ona məxsus olduğunu desə də, bu adamın Putinin “cüdodan dostu” olduğunu bilən minlərlə insan küçələrdə etiraz etməyə davam edir.

Bunlar Rusiyada baş verərkən, ABŞ-dan başqa bir həmlə gəldi.

Navalnının adı Nobelin ən sevilən namizədləri arasında göstərildi.

ABŞ-ın Putini yeni gənc nəsillə sarsıtdığını görən Çin isə Cənubi Asiyada bir həmlə edib. Dünənə qədər ingilis torpağı olan Myanma indi öz yolunu cızmaq üçün bir şans əldə edib. Ancaq təəssüf ki, ingilislər gedir, əsgərlər gəlirdi. Yenə belə oldu. Myanma lideri Aunq San Suu Kyi həbs edilib. Parlamentin 25%-nə sahib olan əsgərlər isə bununla kifayətlənməyiblər. Bütün ölkənin, eləcə də Daxili İşlər, Müdafiə və Sərhəd İşləri nazirliklərinin nəzarətini ələ keçiriblər. Bu dövlət çevrilişinə hər bir ölkə reaksiya göstərib. Çin isə buna çevriliş deyə bilməyib.

Suu Kyinin 80% səs almasından elə görünür, hətta əsgər ailələri də ona səs veriblər. Hərbi dəstəkli müxalifət səslərin oğurlandığını iddia edərək Trampın izi ilə gedib. Konqres basqınına baxmayaraq, ABŞ-da baş tutmayan məşhur Trump planı burada işə yaradı. Myanma baş qərargah rəisi Min Aunq Hlainqin keçən gün Çində olması da Çinə qarşı olan şübhələri artırıb.

Bəs bu çevriliş niyə edildi? Çünki Putinin ABŞ-ın təzyiqi ilə küncə sıxıldığını görən Çin boş dura bilməzdi.

ABŞ-ın Cənubi Çin dənizi sahillərində yerləşən ölkələrdəki şəbəkəsi daha çox böyüdükcə və donanma ilə Çini narahat etdikcə Pekin də bir həmlə etməyə məcbur qaldı. Myanma üzərindən Benqal Körfəzinə enmək istədi və bunu qarantiyaya aldı.

Lakin çevrilişin başqa bir vacib tərəfi də vardı. İqtisadiyyatın böyük hissəsini əlində tutan ordu Çinə qarşı çıxanları ölkədən göndərəcəkdi. Digər tərəfdən, ABŞ-ın əlində olan sərmayənin də ölkəyə girməsinə icazə verməyəcəkdi. Çünki ikinci bir Vyetnam hadisəsinin baş verməsini istəməzlər.

Baydenin gəlişi ilə siyasi küləklər güclü əsməyə başladı. Bunu görən Türkiyə də ABŞ-a mülayim bir şəxsi səfir kimi təyin edərək münasibətləri yaxşılaşdırmaq istədiyi mesajını verdi. Xarici siyasətdə də ABŞ-AB xəttinə meyil edən mesajlar göndərdi. Daxildə isə ABŞ-AB tərəfdarı olan müxalifəti zəiflətmək üçün müəyyən addımlar atdı. Qısaca, türk dövlət zəkası rəqiblərinə qarşı ikili bir modelə üstünlük verir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Rusiya ABŞ Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar