Çərşənbə axşamı, 26 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb - Video, Yenilənib

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

Məlumatı “RİA Novosti” yayıb.

Rusiya İstintaq Komitəsi ali məktəbə hücum etməkdə şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.

***

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.

TASS xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.

Hücum nəticəsində 14 nəfər yaralanıb.

***

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

Rusiya mediası xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.(report)

***

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Hafiz Hacıyev süni nəfəs aparatından ayrıldı - Yenilənib

Şeyxin "Azərbaycan" sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu - Foto

"Meyitin sifətinə baxıb əsəbləşdim, qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım..." - Məhkəmə

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə reaksiya

“Bir ilədək azərbaycanlılar İrəvana, biz isə Bakıya sərbəst gedib-gələcəyik” - Erməni deputat

Tatarıstandan müstəqillik addımları: Kazan Rusiyanın qanunlarını tanımır

Manatın devalvasiyaya uğraması riski hansı səviyyədədir?

“Əli Əkbər Vilayətidən soruşdum: niyə Ermənistana dəstək verirsiniz? Dedi Türkiyənin önünü kəsmək istəyirik...”

Şeyxin deputat qardaşı sürücüsünü cəzalandırdı: “Facebook”a görə - Foto

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay