Bazar ertəsi, 24 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Rusiyada terrora cəhdin qarşısı alınıb

Evdə gizlənən iki silahlı zərərsizləşdirib

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Vladimir vilayətinin Kolçuqino şəhərində evdə gizlənən iki silahlı zərərsizləşdirib.

ONA “TASS”-a istinadla xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, əvvəlcə silahlılara təslim olmaq təklif olunsa da, onlar bu çağırışa atəşlə cavab veriblər. Hüquq-mühafizə orqanlarının uğurlu əməliyyatı nəticəsində silahlılar zərərsizləşdirilib.

Məlum olub ki, silahlı qrupa xaricdəki terror təşkilatlarından siqnallar ötürülürmüş. Vaxtında əldə edilmiş məlumatlar və görülmüş təxirəsalınmaz tədbirlər sayəsində onların insanların sıx toplaşdıqları yerlərdə terror aktı törədmək məqsədlərinin qarşısı alınıb. Terrorçulardan silah, döyüş sursatı, əldəqayırma partlayıcı qurğu və dini-ekstremist ədəbiyyat aşkar edilərək götürülüb.

pia.az


Şərh yazın.

loading...