Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada məşğulluq və maaş

Çinin populyar “WeChat” sosial şəbəkə istifadəçilərindən biri öz səhifəsində Rusiyada məşğulluq və maaş səviyyəsi haqda məqalə yazıb. Məqalənin müəllifi bu ölkədə kifayət qədər iş yerlərinin olduğunu, ancaq çəkilən zəhmət müqabilində məvaciblərin nisbətən aşağı olduğunu qeyd edir. Rusiyada ən qazanclı peşələri sadalayan “WeChat” istifadəçisi bu ölkədə bəzi sahələrdəki maaş fərqindən heyrətləndiyini də yazır.

Novator.az-ın məlumatına görə, çinli bloqçu yazısında Rusiyanı maaşların aşağı, məşğulluğun yüksək səviyyədə olduğu ölkə kimi təqdim edir: “Yüksək maaşlı mənbələr çox deyil, ancaq bu durum iş yerlərinin çoxluğu ilə kompensasiya olunur. Rusiya dünyanın ən böyük ərazisinə və ən zəngin təbii ehtiyatlarına sahib olan bir dövlətdir. O, Sovet İttifaqının dağılmasını, Putinin islahatlarını və iqtisadi böhran yaşayıb, yəni bu ölkənin inkişaf yolu olduqca dolaşıq və keşməkeşlidir”.

Məqalə müəllifi AvropaABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Rusiyada ən yüksək maaşlı sahələri də göstərib.

Məqalədə deyilir: “ABŞAvropa ölkələrinin son sanksiyaları Rusiyanın maliyyə sektorunda çalışanların karyera perspektivinə ciddi zərbə vursa da, bu sahə ən yüksək gəlirli mənbə olaraq qalır. Ancaq rəsmi məlumatlar göstərir ki, maliyyə və sığorta sənayesində çalışan sıravi əməkdaşlara, o cümlədən top-menecerlərə ödənilən əməkhaqqı arasında böyük fərq var: 17 dəfə!”

Müəllif yazır ki, Rusiyada ən yüksək maaşlı peşə sahibləri siyahısında neftçıxarma və neft emalı sənayesi mütəxəssisləri uzun illərdir ilk sıralarda yer alırlar: “Misal üçün, ölkənin şimalında sərt iqlim şəraitində çalışanların maaşları orta əməkhaqqından yüksəkdir.

Dünyada Yerin ilk süni peykini orbitə Sovet İttifaqı buraxıb. Elmi sosializm, sürətlə inkişaf edən müasir elm və texnika, habelə alimlərin sayının çoxluğu SSRİ-nin iddialarını təmin edə bilib. Bu gün Rusiyada kosmonavtlar, pilotlar həm nüfuzlu, hörmətli, həm də yüksək məvacibli peşə sahibləri hesab olunurlar”.

Müəllif bildirir ki, Rusiyada tütün istehsalçılarının və bu sektorda fəaliyyət göstərən elm adamlarının gəliri kifayət qədər yüksəkdir: “Son illərdə bu sahədə davamlı artım müşahidə olunur. Bu, ölkədə siqaret çəkənlərin sayının çoxalması ilə də izah oluna bilər”.

Məqalədə qeyd olunur ki, bütün dünyada olduğu kimi Rusiyada da informasiya texnologiyaları sənayesi inkişaf etmiş və yüksək gəlirli sahələrdən biridir: “Ancaq sığorta və maliyyə sahəsində olduğu kimi, Rusiyada bu sektorda da maaş fərqi çox yüksəkdir: 18 dəfə.

İnformasiya texnologiyaları həm də gələcəkdə ən çox tələb olunan sektordur. Mütəxəssislər 10 ildən sonra əmək bazarında ən çox  analitiklərə, proqramçılara və texniki ekspertlərə tələbatın olacağını proqnozlaşdırırlar”.

“WeChat” istifadəçisi məqaləsinin sonunda yazır: “Ümumilikdə Rusiyada adambaşına düşən gəlir nisbətən aşağıdır. Ancaq bu ölkədə sadə insanların həyat səviyyəsini faciəvi adlandırmaq da düzgün olmazdı. Buna səbəb isə milli rifahın az-çox təminatı və həyat üçün zəruri olan suyun, işığın, yanacağın çox ucuz olmasıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar