Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada mer vəzifədən çıxarıldığını eşidib özünü güllələdi

Samara vilayətinin Novokuybışevsk şəhərinin meri Vladimir Fominin intiharı ilə bağlı təfərrüatlar məlum olub...

Bu barədə “Baza Telegram” kanalı məlumat yayıb. İntihara səbəb merin bir gün əvvəl işdən çıxarılacağı barədə aldığı məlumat olub. O özünü güllələyərkən ölməsə də, ağır yaralanıb. Həkimlər dərhal xəstəxanaya yerləşdirilən merin həyatını xilas edə bilməyiblər və o, əməliyyat masasında ölüb.

Məlumata görə, V. Fomin uzun müddət xəstə olub və Almaniyada müalicə alıb. Fomin müalicədən sonra evə qayıdarkən Samara vilayətinin rəhbərliyi tərəfindən “xalça üzərinə” çağırılıb. Səlahiyyətli şəxslər Fomindən narazılıq ediblər: "Siz həddindən artıq müalicə olunursunuz və çox az işləyirsiniz".

Hesablamalar nəticəsində də məlum olub ki, Vladimir Fomin mer vəzifəsini bir ildən az müddətdə icra edib və həmin dövrdə dörd dəfə müalicə olunub.

"Bəlkə səhhətinizə diqqət yetirəsiniz, şəhərin meri vəzifəsini başqa birisi icra etsin?", - deyə kanalın rəhbəri sitat gətirib.

Bazar ertəsi deputatlar Fominin işdən çıxarılması barədə razılığa gəliblər, bu gün səhər saatlarında isə o, intihar edib.(virtualaz.org)

pia.az


Etiket: intihar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar