Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada etirazların pərdə arxası - Qərbin təzyiqlərindən daha fundamental səbəblər var...

Dünyaya meydan oxuyan Rusiyada hökumətə qarşı bu qəzəbin, narazılığın səbəbi nədir?..

Yanvarın 23-də müxalifət lideri Aleksey Navalnının çağırışı ilə Rusiyanın 90 şəhərində hakimiyyətə qarşı etiraz aksiyaları keçirilib. Kəskin şaxtalı havaya baxmayaraq, on minlərlə insan küçə və meydanlara toplaşıb. Sosial mediada yayılan videolardan görünür ki, hökumət qüvvələri nümayişçilərə qarşı zor tətbiq edib aksiyaları dağıtmağa çalışıb.

Xatırladaq ki, mitinqlərin baş tutmaması üçün hakimiyyət fövqəladə hazırlıq görmüşdü. Təşkilatçıların əksəriyyəti sutkalıq həbs edilib, Moskva, Sankt-Peterburq və başqa şəhərlərdə nümayişçilərin toplaşacağı yerlər polis və təhlükəsizlik xidmətinin işçiləri tərəfindən nəzarətə götürülmüşdü. Təhsil, səhiyyə qurumları, qubernatorlar, deputatlar da insanların küçəyə çıxmaması üçün hədə-qorxu dolu mesajlar yaymışdılar.

Rusiya Prezidenti Vladimir Putin yanvarın 22-də Təhlükəsizlik Şurasının iclasını keçirərək güc strukturlarının rəhbərləri ilə etiraz mitinqlərinin əngəllənməsini, ölkədə sabitliyin təmin olunmasını müzakirə etmişdi.

Hökumətin bütün səylərinə baxmayaraq, on minlərlə insan küçələrə çıxdı və "Putin oğrudur!", Navalnıya azadlıq!" şüarları qışqırdılar.

Dünyaya meydan oxuyan Rusiyada hökumətə qarşı bu qəzəbin, narazılığın səbəbi nədir? Etirazları Kremlyönlü ekspertlərin dediyi kimi "Qərb Rusiyada Maydan hazırlayır" fikrinə bağlamaq nə dərəcədə doğrudur?

Müxalifətin, müstəqil medianın boğulduğu, siyasi liderlərin və jurnalistlərin güllələndiyi avtoritar Rusiyada Korrupsiyay Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı Putin hakimiyyətinə qarşı mübarizənin önündə gedir. Qərblə güclü bağları olan 44 yaşlı bu qatı millətçi lider Rusiyada böyük populyarlığa malikdir. 

 

2013-cü ildə Moskvada mer seçkilərində iştirak edərək ikinci yeri tutub. Daim hakimiyyətin təzyiqləri altında olub, haqqında bir neçə dəfə cinayət işi açılıb, dəfələrlə inzibati həbs cəzasına məhkum edilib. Rəhbərlik etdiyi Fond da hüquq-mühafizə və vergi orqanlarının basqısı altında çalışıb, hazırda bu quruma qarşı bir neçə məhkəmə qətnaməsi icraya yönəldilib. 

"Putinin aşbazı" kimi tanınan oliqarx Yevgeni Priqozin ona qarşı mübarizənin başında durur. Priqozinin şikayəti ilə məhkəmə Fondu milyonlarla rubl cərimələyib. 

 

Təqib-təzyiqlərə baxmayaraq Korrupsiyaya Qarşı Mübarizə Fondu rusiyalılardan böyük dəstək alır, toplanan ianələrlə onun illik büdcəsi 7-8 milyon dollar civarında olur.

Rusiyaya qonşu Belarusda hakim Lukaşenko rejiminə qarşı etirazların qızğın çağında - avqusutun 1-də Aleksey Navalnı Tomsk şəhərində "Noviçok"la zəhərlənib. O, Moskvaya qayıdarkən təyyarədə huşunu itirb, pilotlar təcili Omsk şəhərinə eniş ediblər,

Navalnı dərhal şəhər xəstəxanası çatdırılıb. Qərb ölkələrinin ciddi təzyiqlərindən sonra Navalnı Almaniyaya aparılaraq ""Charite" klinikasına yerləşdrilib. Həkimlər bildiriblər ki, məhz Omskda həyata keçirilən ilkin tibbi müdaxilə onun həyatını xilas edib.

Almaniya xəstəxanasında iki həftə komada qaldıqdan sonra Navalnı özünə gəlib, aparılan analizlər nəticəsində onun sinir qazı ilə zəhərləndiyi sübuta yetirilib.

Navalnı özü də Rusiya FTX-nın əməliyatçısı ilə danışmağa nail olaraq bu hadisənin xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını ifşa edib. Hadisə beynəlxalq təşkilatlar və Qərb ölkələri tərəfindən kəskin pislənib, Rusiyaya qarşı yeni sanksiyalara yol açıb. Müxalifət lideri 4 aydan çox müalicə və reabilitasiya proqramları keçdikdən sonra yanvarın 18-də Rusiyaya qayıdıb. 

Hakimiyyəti onun dönüşünü əngəlləməyə çalışsa da, Navalnı fikrindən daşınmayıb. Yanvarın 18-də Moskvada hava limanında həbs edilib, barəsində ilkin olaraq 30 sutka inzibati həbs qərarı çıxarılıb. Ekspertlər bildirirlər ki, onun əvvəllər aldığı şərti cəza bərpa oluna, müxalifət lideri 3.5 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bu hadisə Qərbin kəskin reaksiyasına səbəb olub, beynəlxalq təşkilatlar, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa başda olmaqla Avropa ölkələri Navalnını təcili azadlığa buraxmağa çağırıblar.

Müxalifət lideri həbsdə olduğu günlərdə sosial şəbəkələrdə onun komandasının Rusiya Prezidentinin var-dövləti və hakimiyyətdəki oliqarxiyanın siyasi sitemi necə ələ keçirdiyini əhatə edən araşdırması yayımlanıb. İki saatlıq film qısa müddətdə "Youtube" video platformasında 50 milyondan çox izlənərək rekord qırıb.

 

Rusiya boyu aksiyaların belə izdihamlı alınmasında Navalnının zəhərlənməsi, onun təqib edilməsi və Putinin oğru, korrupsioner imcini formalaşdıran araşdırmasının ciddi rol oynadığı şübhəsizdir. Amma bu yeganə səbəb deyil.

ABŞ-da Rusiyaya qarşı sərt təzyiq siyasətinin tərəfdarı demokrat Co Baydenin hakimiyyətə gəlməsi Putin hakimiyyətinin Qərbin sərt təzyiqləri ilə üzləşəcəyindən xəbər verir. Çünki Ağ Evə sahiblənən yeni administrasiyanın əsas prioriteti Rusiyanı yerində oturtmaqdır. 

Ekspertlər bildirirlər ki, Kremlin Avropada, postsovet məkanında apardığı siyasət, təsir imkanlarını genişləndirməsi Vaşinqtonda qəbuledilməz hesab olunur. Ona görə də ilk növbədə Rusiyanın təzyiqləri ilə üzləşən ölkələrin hərtərəfli dəstəklənməsi və ölkənin daxilində hakim rejimin dayaqlarının sarsıdılması planları həyata keçiriləcək. 

Əlbəttə, bu tendensiya Putinə qarşı etirazları stimullaşdıra bilər. Amma təcrübə göstərir ki, Qərbin güclü basqıları kifayət deyil. Daxili zəmin olmasa, Putin belə təzyiqləri asanlıqla dəf edəcək. 2018-ci ildən etibarən sanksiyaların təsirləri ilə Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, koronavirus pandemiyasının isə ölkəni iflic hala salması Putin hakimiyyətinə qarşı narazılıqları kəskin artırıb. 

 

Müstəqil sorğu mərkəzləri bu narazılığın göstəricisi olaraq ilk dəfə Kreml sahibinin reytinqinin 40 faizin altına düşdüyünü açıqlayıblar. Buna rəğmən, ötən ilin yayında pandemiyanın qızğın cağında konstitusiya dəyişdirilərək ona Putinə ömürlük hakimiyyət imkanı yaradan əlavələr edildi. Əhalinin referendumda olduqca passiv iştirak etməsi dəyişikliyə və hakim rejimə münasibəti ifadə edirdi...

Ölkədə biznes mühiti pisləşməkdə davam edir, bürokratik əngəllər çoxalıb, vergi və digər rüsumlar artıb, neft hasilatının azalması və onun qiymətinin bir ilə yaxın müddətdə aşağı olması büdcədə böyük yırtıq yaradıb. Əsasən neft-qaz gəlirlərindən asılı olan ölkənin valyuta ehtiyatları azalmaqda davam edir.

Bunlarla yanaşı Rusiya üçün xarakterik olan ən böyük problemlər regionların sürətlə boşalması, urbanizasiya, narkomaniya, hər il ölkədən çıxan milyardlarla dollar vəsait (ötən il 50 milyard dollar kapital çıxıb-red.), gənclərin, iş adamlarının ölkəni tərk etməsi və ya iri şəhərlərə köçməsidir. Hökumətin belə fundamental problemləri aradan qaldırmaq üçün proqramı ya yoxdur, ya da icra vəziyyəti korrupsiya və bürokratiya üzündən işlək deyil.

Buna baxmayaraq, Rusiya xaricdəki fəaliyyətə milyardlarla dollar xərcləyir, Suriyada, Liviyada, Qarabağda, Venesuelada və s. bölgələrdə varlığını sürdürməyə çalışır. Bu bahalı işlər getdikcə ölkəni taqətdən salır və cəmiyyətdə sərt sualların səslənməsinə rəvac verir.

Dünən kəskin şaxtalı havada on minlərlə rusiyalını küçlərə tökən əsas səbəb bunlardır. Qərbin bu narazılığı həmişəkindən daha qətiyyətlə stimullaşdırmağa çalışması Putin hakimiyyətində təlaş yaradıb. Bir neçə gündür bütün dövlət strukturlarının ayağa qaldırılması bu vəhdətin yaradacağı təhlükələrdən qaynaqlanır.

 

Maraqlıdır, bu qədər daxili və xarici problemlər məngənəsində boğulan Rusiya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində də yüz milyonlarla dollar xərcləyərək erməni azlığına "dövlət" qurmağa çalışır. Bölgədə sülhməramlı adı altında yerləşdirilən hərbi kontingenti saxlamağa, ermənilərin köçürülüb yerləşdirilməsinə, onların humanitar problemlərinin həll edilməsinə çəkilən xərclərin hamısı Rusiyanın büdcəsindən gedir. İlin əvvəlində bu məqsədlə erməni separatçılarına daha 10 milyon avro yardım ediləcəyi açıqlanmışdı. Halbuki o milyonların hər qəpiyinə kasıb rusların ehtiyacı var...

E.Rüstəmli (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar