Cümə, 10 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiyada dəyişən nizam: Yeni konstutsiya xalqların suverenliyini yox edir...

Putinin yenidən çarizmə, ya da SSRİ-yə dönmə mexanizmi və digər xalqlar üzərindəki əzici siyasəti nə ilə nəticələnəcək?..

Fehim Taştekin

“Gazete Duvar” qəzeti, Türkiyə, 29 iyun 2020-ci il

Yeni konstitusiya Rusiya Federasiyasını SSRİ-nin davamı kimi təsvir edir. Bununla birlikdə, mərkəzin 2,7 milyon kvadrat kilometr əraziyə yayılmış bölgələrlə olan əlaqəsi baxımından dövlət də özünü çarizmin 100 illik geriləmə ilə düşdüyü çuxura atır.

Türkiyədə qurtuluşun tək bir dildə, tək bayraqda və tək dövlətdə olduğunu düşünənlər yeni konstitusiya ilə Rusiyanın federal xarakterində eroziya yaşanacağına və xalqların assimilyasiya olacağından çox narahatdır. Digər ölkələrə qarşı demokrat olmaq çox asandır. Bəli, Rusiya geriləyir, ancaq bunu öz miqyasında edir. Ona ağıl öyrədənlər isə öz vətəndaşlarının nəfəsini kəsən konstitusiyalar yaradır.

Rusiyanı böyüdən məqam digər xalqları içinə çəkməsi ilə yanaşı, həm də onları qurucu ünsür hesab etməsi və muxtar bölgələr yaratması idi. İndi isə bu qurucu təfəkkür getdikcə çökür.

Sovet İttifaqının dağılmasını izləyən siyasi vəziyyət mərkəzi güc boşluğunun kövrəklik yaratdığını və muxtar respublikaların qeyri-sabitliyinin mənbəyi olduğunu düşünən millətçilərə qol-qanad verirdi. Vladimir Putin həmin dövrün çarı kimi yüksəlmiş və Rusiyanı əvvəlki yerinə aparmışdı. Bu, rus milliyyətçiliyini məmnun edən bir nəticə idi.

Bununla birlikdə, Rusiya bərpa olunduqca özünə güvənməyən ölkələrə xas olan zəiflik tələsinə düşür və xalqlara verdiyi muxtariyyəti baltalayır. Federativ xarakter böyük bir regionda fərqli millətlərin üzərində qurulmuş dövləti bütöv halda saxlamaq üçün vacib idi, amma, eyni zamanda özünə olan inamın ifadəsi idi.

Bəs bu məsələ haradan gəldi? Yeni ilin əvvəlində federal və yerli məclislərdən keçən və koronaya görə aprelin 22-də referenduma çıxarıla bilməyən konstitusiya layihəsi nəhayət xalqa təqdim edilib. İyunun 25-də açılan qutular, iyulun 1-də bağlanacaq.

Layihə daha çox Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalmasına yol açan cəhəti ilə gündəmə gəlib. Prezidentlik üçün köhnə vəzifə dönəmləri yenidən qurulur. Vəzifə müddətini iki dəfə ardıcıl olmaqla məhdudlaşdıran maddə “2 dönəm” olaraq dəyişdirilib. Yəni “tandem” yolu bağlanır. Məlum olduğu kimi, Putin ardıcıl 2 müddət məhdudiyyətinə görə 2000-2008 illərdə 2 dəfə xidmət etdikdən sonra Baş nazir Dimitri Medvedevlə yerlərini dəyişdi və 2012-ci ildə yenidən Kremlə köçdü. İkinci dövr 2024-cü ildə isə ikinci dönəmi başa çatır. Yeni düzəlişlərə görə, əgər seçilsə, 2024-cü ildən sonra hərəsində 6 il olmaqla daha 2 dönəm xidmət edə biləcək.

Putinin yerini daimi hala gətirsə də, bu yeni konstitusiya “bir nəfərlik rejim” inşa etmir. Əksinə, güc bölgüsünü möhkəmləndirən dəyişikliklərə malikdir. Əlbəttə ki, Putinə etiraz edəcək bir qurum yoxdur. Yeni mətnlə birlikdə, hökumətin təyini, kəşfiyyat rəislərinin və yüksək məhkəmə orqanlarının təyin olunması ilə əlaqədar federal məclisin əli güclənir. Konstitusiya Məhkəməsi də federal məclisə nəzarət etmək səlahiyyətinə də malik olacaq.

Digər tərəfdən, dövlətin “xarici təsirdən qorumaq” həssaslığı daha həlledici hala gəlir. Baş nazir, nazirlər, müavinlər, federal idarəçilər və hakimlər də daxil olmaqla, yüksək səviyyəli vəzifədə olan insanların “xarici ölkənin vətəndaşı və ya yaşayış sənədinə sahib olmaması” şərti önə sürülüb. Başqa sözlə, çölə qaçmış müxaliflər üçün qapılar bağlanır.

Prezidentliyə namizədlik üçün son 10 ildə Rusiyada yaşamaq şərti 20 ilə qaldırılıb və namizədlərin ömrünün heç bir dövründə xarici pasport və yaşayış vəsiqəsi almaması tələb edilib. Avropa İnsan Hüquqları Məhkəməsində işi olan ölkələr arasında Türkiyə birlikdə 1-ci olan Rusiyanı beynəlxalq müqavilələrin təzyiqlərindən xilas edəcək başqa bir “milli suverenlik şousu” da var: Rusiyanın qanunları beynəlxalq hüquq qarşısında daha üstün hesab olunur. Yeni cərəyana uyğun olan “tanrıya inam” da mətnə daxil edilib.

İndi isə keçək layihədəki muxtar bölgələrlə bağlı problemə. Yeni konstitusiya rusları “qurucu xalq” olaraq təsvir edir. Halbuki Rusiya Federasiyasına daxil olan bütün xalqlar qurucu idi. Yeni mətnlə dövlət bütün xalqların dillərini, etnik-mədəni kimliyini və dil müxtəlifliyini qorumaq və inkişaf etdirmək hüququna zəmanət verir. Respublikalara öz rəsmi dillərini seçmək və ictimai qurumlarda rus dili ilə yanaşı, bu dildən də istifadə etmək hüququ verilir. Lakin bütün bu hüquqlardan daha yüksəkdə duran məqam da var:

“Dövlət dili qurucu xalqın dili olan ruscadır. Rus xalqı dövlət quran bir xalq olmaqla yanaşı, Rusiya Federasiyasının ortaq hüquqa sahib xalqlarının çoxmillətli ittifaqına daxildir”.

Rus irqini və rus dilini üstün bir səviyyəyə daşıyan 68-ci maddə millətçi yüksəlişə cavab verir. Digər tərəfdən, bu, Şimali Qafqazdakı 7 respublika ilə yanaşı, Tatarıstan, Yakutiya, Başqırdıstan və Çuvaşiya kimi muxtar respublikalar və bölgələr üçün dəhşətli bir siqnaldır.

Putin dövründə muxtar bölgələrin statusu onsuz da geriləmişdi. Artıq respublikaların başçıları xalq tərəfindən seçilmir, Kremldən təyin olunur. Təyin olunmuş prezident göstəriş üçün yerli məclisdən də təsdiq alır. Prezidentlərin yanında bir də regional qubernatorlar var. Fərqli olan bütün yerli qanunlar federal qanunlara uyğunlaşdırılıb. Muxtariyyətin ən vacib elementi ana dilində təhsil idi, o da 2018-ci ildə ağır zərbə aldı. 35 rəsmi dildən 34-də, yəni rusca olmayanlarda ana dilində təhsil almaq seçməli dərsə çevrildi. Həftədə 9 saat məcburi rus dili dərslərinə qarşı, 2 saatlıq seçməli dərs ana dilidir. Respublikaların ana dilində tədris proqramları təşkil etmək hüququ da ləğv edilib. Başqa sözlə, assimilyasiya prosesini sürətləndirəcək bir hüquqi baza yaradılıb. Artıq Rusiyanın və rus dillinin üstünlüyü konstitusional bir mətnə çevrilir. Digər xalqlar da “bəs biz nəyik?” deyə soruşurlar.

Layihənin yerli parlamentlərdən də sürətli keçməsi mərkəzləşdirmə prosesinin ağrısız həzm olunmasına səbəb ola bilər. Şimali Qafqazda Putinin niyə 90% çox səs topladığını bilənlər, layihənin də niyə problemsiz keçdiyini başa düşə bilərlər. Çeçenistanın üstündən keçən silindr o qədər əzici və susdurucu təsirlər buraxıb ki, heç kim mərkəzlə məşğul olmaq istəmir. Dağıstan başda olmaqla, haqq iddiaların artdığı bölgələrdə polis-kəşfiyyat rejimi daha etibarsız hala gəlib.

Bütün Qafqazda milli davalar geriləyib. Vətəndaş hərəkatları kəşfiyyat tərəfindən nəzarət altına alınıb. Yerli qurumlar təxliyə edilib. Bunlar yerli insanların cəsarətini qıran, mərkəzin əlini rahatlaşdıran bir mühit yaradıb.

Yerli siyasət korrupsiya, qohumçuluq, klançılıq və qeyri-adekvatlıq sayəsində şikəst edilib. Başqa sözlə, Putinin məhdudlaşdırdığı yerliyə inanc qalmayıb.

Rus hökmranlığının inşa edildiyi dövrlərdə “bağlılığa qarşı muxtariyyət” tarazlığını tələb edən şərtlərdən də əsər-əlamət qalmayıb. Ancaq bütün bunlara baxmayaraq, xalqların öz hüquqlarından könüllü və ya könülsüz imtina etməsi də aldadıcı ola bilər. Son zamanlarda kimlik davasının gənclərin gündəmində olduğunu görürük. Hələlik, “müstəqil” istiqamətlər olmasa da, mənsubiyyətini yenidən müəyyənləşdirmək və mədəni kimlik qurmaq səyləri diqqətəlayiqdir. Bunlar bəzən etnik qruplar arasındakı ziddiyyət kimi də qəbul olunur. Lakin nəticədə etnik mənsubiyyətindən yapışmaq cəhdləri yavaş-yavaş kök atır. Xüsusilə, Şimali Qafqazdan danışsaq, bu yüksəliş özünə yerli bir etnik müxalifət tapsa belə, etirazın əsas ünvanı Moskvadır.

Adıgey, Çərkəz, Kabardian və Sapsuq kimi fərqli inzibati quruluşlara bölünən Çərkəzlər (Adıgeylər) sentyabr ayında siyahıyaalmada öz adlarının vahid bir sözlə qeyd edilməsini istəyirlər. Bu tələb, həm də, tarixi Çerkeziyanın qurulması ideyası ilə müşayiət olunur. Belə müzakirələr getdikcə daha da çoxalır. Digər bölgələrdə də hərəkətlənmələr var.

“Rusların üstünlüyü” və “ruscanın hakimiyyəti” bu meyilləri daha çox qızışdıracaq.

Bir sözlə, “güclü olmaq üçün hakimiyyəti yerli qüvvəyə vermiş” siyasi ağıl və “güclü olmaq üçün bütün qüvvəni mərkəzdə cəmləyən” yeni siyasi ağıl tədricən yer dəyişdirir.

Yeni konstitusiya Rusiya Federasiyasını SSRİ-nin davamı adlandırır. Bununla birlikdə, mərkəzin 2.7 milyon kvadrat kilometr əraziyə yaydığı bölgələrlə əlaqəsi baxımından dövlət özünü çarizmin 100 illik geri dönüşlə düşdüyü çuxura atır.

İndi səsləri zəif çıxsa belə, bu tendensiya muxtar bölgələrdəki respublikaları narahat bir dövrə daşıyır. Xarici qüvvələrin müdaxiləsinə qarşı olan yüksək həssaslıq onlara öz əlləri ilə “isti zonalar” inşa etdirir.

“Suverenliyin daşıyıcısı və yeganə hökmranlıq mənbəyi olan Rusiya Federasiyasının çoxmillətli xalqıdır” ifadəsini əvəz edən “qurucu rus” vurğusu muxtar bölgələri daha nə qədər əsas gövdəyə bağlaya bilər?

Muxtariyyət simvolik hala gəldikcə qorxduqları bölünmə ssenarisinə daha çox yaxınlaşacaqlar.

Suriyaya çıxış yolu olaraq elastik federasiya təklif edildiyi və Krım da yenicə birləşdirildiyi halda özü bunun əksinə gedir. Bu qədər üfüqi bir coğrafiya üçün bu cür şaquli hökmranlıq əvvəl-axır gövdəni parçalayacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Vəzirov da Ramiz Mehdiyevdən danışdı: "O başqalarının yanında..."

Köhnə maşınlar yeni olaraq təqdim edilib - FHN-nin ambulans qalmaqalı

"Ramiz Mehdiyev öz əməlləri ilə..." - Ayaz Mütəllibov

Səhiyyə Nazirliyi ilə TƏBİB arasında toqquşma – Pul davası gedir

"Karantin rejimi ləğv olunmalıdır, amma..." - Professor

Qubaya əsgər meyiti gətirildi, kənd qarışdı — Video

Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi – Mənimsədiyi 1 milyardı qaytarmalıdır 

“Gündəlik statistika real deyil” – Tanınmış həkim

"Hakimiyyət xalqa qarşı çox inamsızdır və ancaq özünə güvənir" - Aslan İsmayılov    

Elmar Məmmədyarov danışdı: "Mənim istefa verməyimə gəlincə..."

loading...

Ən çox oxunanalar