Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada dələduzluq edən Yusifov qardaşları qaçib gizləndilər

Rusiyanın Novıy Urenqoy şəhərində yaşayan Qabil və Malik Yusifov qardaşları dələduzluqda ittiham olunurlar

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, tanınmış iş adamlarından və regionda sayılıb-seçilən şəxslərdən milyonlarla rubl borc toplayaraq, qardaşlar bu günə kimi pulları geri qaytarmaqdan boyun qaçırırlar. Hazırda onların qaçıb gizləndikləri bildirilir.

Məlumatlı mənbənin redaksiyamıza verdiyi xəbərə görə, əlləri hər yerdən üzülmüş borcverənlər toplaşaraq, Azərbaycana gəlmək istəyirlər. Onlar Yusifovların valideynlərinin qapısını döyməyə hazırlaşırlar. Bəzi şəxslər, qardaşların məhz Azərbaycanda gizləndiklərini ehtimal edirlər.

Əvvəllər bildirdiyimiz kimi, iki qardaşa məxsus “Region-Avto” şirkətində Malik direktor, Qabil isə təsisçidir. Şirkətə avtomobillərə texniki xidmət stansiyası, yanacaqdoldurma məntəqəsi və bir sıra digər obyektlər daxildir.

Qardaşların “Yamalkomplekt” ASC-yə 2008-ci ildən bəri 6 milyon 802 min 464 rubl borcları var (yalnız bir hissəsini qaytarıblar), daha bir şirkətə - “Universalnı alyans” QSC-yə 2 milyon 423 min 646 rubl və başqa fiziki borcverənlərə 2 milyondan 5 milyon rubla qədər iri məbləğlər borcludurlar.

Maraqlıdır ki. borclarını qaytara bilməyən qardaşların şirkəti 2011-ci ildə məhkəmənin qərarı ilə məcburi müflis elan edilib, lakin bu gün də fəaliyyət göstərməkdədir.

Hazırda borclular hüquq-mühafizə orqanlarına müraciət edərək, borclarının qısa zamanda qaytarılmasını tələb edirlər və Yusifov qardaşlarını bir neçə məhkəmə araşdırması gözləyir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar